Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı ixtisası

Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı ixtisası

Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı ixtisası

İxtisasın təsviri 

   Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələrə insan bədəninin fiziki hazırlığını və aktivliyini öyrənib, araşdırmağa kömək edir. Bu da fəaliyyət sahəsində insan bədənin ümumi rifahını yaxşılaşdırmağa təminat verir. Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Beynəlxalq rəqabətdə də üstünlüyü əldə etmək üçün səriştəli, peşəkar kadr hazırlığına təlabat var.

   Bu ixtisasa yiyələnmiş mütəxəssislər ümumtəhsil məktəblərində, idman təmaüllü məktəblərdə, ixtisaslaşmış peşə təhsili müəssisələrində, şagirdlərin dərsdənkənar fiziki hazırlığını həyata keçirən bölmələrdə həmçinin özəl idman sahələrində bədən tərbiyəsi müəllimi kimi işləmək imkanı əldə edirlər.

İxtisasın tarixi

   Fiziki tərbiyənin tarixi min illər öncə Qədim Yunanıstana dayanır. E.ə. 380-ci ildə Platon “Dövlət” əsərində iki növ təhsilin zəruri olduğunu vurğulayırdı: zehnin təhsili və bədənin təhsili. Fiziki tərbiyə Qədim Yunanıstanda “Gimnastika” adı ilə məktəblərdə tədris olunurdu. Gənc kişilər həmin dövrdə Afinanın mərkəzində, gimnaziyalarda məşq etmək məcburiyyətində idilər və hətta idmana olan maraq bu sahədə Olimpiya oyunlarının təşkil edilməsinə səbəb olmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Məktəb standartlarına əsasən fiziki tərbiyə dərslərini təşkil etmək, planlamaq;
  • ➝ İdman, oyun, ritm, bədən hərəkətlərinin əsaslarını şagirdələrə açıqlamaq; 
  • ➝ Şagirdləri qrupla işə, kollektiv və şəxsi inkişaf hədəfləri müəyyənlişdirməyə təşviq etmək;
  • ➝ Fiziki məşqlər üçün lazım olan alətlərin, mühitin şagirdlərin sağlamlığı üçün təhlükəsiz olmasını təmin etmək;
  • ➝ Şagirdin şəxsi və akademik inkişafını dəyərləndirmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 
  • ➝ Azərbaycan Dövlət Pedoqoji Universiteti 
  • ➝ Bakı Dövlət Universiteti (Qazax filialı)
  • ➝ Gəncə Dövlət Universiteti 
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Orta və ali təhsil müəssisələrində;
  • ➝ Dövlət təhlükəsizlik orqanlarında;
  • ➝ İdman mərkəzlərində;
  • ➝ İdman cəmiyyətlərində;
  • ➝ İdman klublarında və s.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İdman bacarıqları;
  • ➝ Müxtəlif atletik maraq dairələrinə və fiziki bacarıqara malik şagirdlərə ixtisası tədris edə bilmək;
  • ➝ Qarışıq idman texnikalarını bəsit dillə izah edə bilmək;
  • ➝ Komanda idarəsi və motivasiyasını təmin edə bilmək.

İxtisasın gələcəyi

   Azərbaycanın bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və idman siyasəti bizə icazə verir ki, hazırda bu ixtisasa olan tələbin yüksək olduğu qənaətinə gələ bilərik, eyni zamanda müasir dövrdə insanların passiv və qeyri-sağlam həyat şəraitinin getdikcə artması hələ məktəb dövrlərindən onlara idmana qarşı marağın daha da artırılmasını və bu sahəyə olan diqqətin daha da artırılmasını tələb edir.

Əmək haqqı

   Bu sahə üzrə  orta aylıq əmək haqqları 600-700 AZN civarındadır , fəaliyyətini ali təhsil müəssisələrində davam etdirənlər üçün isə bu məbləğ 1000-1500 AZN aralığında dəyişir.