Geologiya ixtisası

Geologiya ixtisası

Geologiya ixtisası

İxtisasın təsviri 

  Geologiya –  Yerin tərkibini, quruluşunu və tarixini, Yer qabığının formalaşması proseslərini və qanunauyğunluqlarını, onu təşkil edən mineralları, süxurları, onların mənbəyini, həmçinin Yer üzərində həyatın inkişaf tarixini öyrənir. Geologiya bir çox hissədən ibarətdir, elmin hər bir hissəsinin dərindən öyrənir. Buna görə bir geoloqun iş dairəsi kifayət qədər genişdir. Bütün elmlər kimi, geologiya elminin də özünün tədqiqat üsulları və obyektləri vardır. Yer kürəsi bu elmin tədqiqat obyekti, Yer üzərində və onun daxilində baş verən hadisələrin müşahidə edilməsi, süxur laylarının yatım şəraitinin, onları təşkil edən həmin süxurlarının tərkibinin öyrənilməsi onun tədqiqat üsullarıdır. 

  Tələbələr geodeziya alətləri, kəşfiyyat quyularının qazılması texnologiyası, yerin geologiyası, axtarış üsulları və faydalı mineral yataqlarının kəşfiyyatını və s. öyrənir. Fizika və coğrafiya ilə maraqlananlar üçün uyğun peşədir.

İxtisasın  tarixi

 Geologiya elmi 1833 – cü ildə məşhur ingilis alimi Çarltz Layyel “Geologiyanın əsasları ” adlı kitabını nəşr etdirdikdən sonra meydana gəlmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Yerin tərkibini, quruluşunu və tarixini öyrənməli;
  • ➝ Mineralları, süxurları, onların mənşəyini, müxtəlif  faydalı qazıntıları araşdırır və öyrənir;
  • ➝ Xəritəalma işlərini aparır;
  • ➝ Faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı;
  • ➝ Yerin təkində baş vermiş proseslərin proqnozlaşdırlması;
  • ➝ Quruda və dənizdə aşkar edilmiş yataqların araşdırılması və qiymətləndirilməsi;
  • ➝ Mədən müəssisələrinə geoloji xidmətlər göstərmək;
  • ➝ Mədən işlərinin və quyuların yerinin müəyyənləşdirilməsi;
  • ➝ Dağ – mədən planlarının və əməliyyat kəşfiyyatının işlənməsi;
  • ➝ Yataqların geoloji quruluşunun öyrənilməsi;
  • ➝ Mədən və kəşfiyyat, neft və qaz yataqlarının geoloji monitorinqinin həyata keçirilməsi;
  • ➝ Geoloji materialın, sahə və geofiziki tədqiqatların nəticələrin ümumiləşdirilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Ali və orta məktəblərdə müəllim
  • ➝ Mühəndis – laborant kimi fəaliyyət göstərə bilər
  • ➝ Geoloji ekspedisiyalarda iştirak edə bilər  
  • ➝ Elmi – araşdırmalar institutlarında işləyə bilər
  • ➝ Geologiya ixtisasını bitirənlər müxtəlif geoloji təşkilatlarda
  • ➝ Neft şirkətlərində (Socar, BP) 

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar) 

  • ➝ Geologiya tələbələri geologiya, topoqrafiya, geodeziya, iqtisadiyyat, informatika kimi fənləri dərindən bilməli;
  • ➝ Faydalı qazıntı yataqlarının axtarış üsulları, qazma işləri kimi fənlərə yiyələnməli;
  • ➝ Mineralların kimyəvi tərkibini və quruluşunu bilməli;
  • ➝ Rayonların tektonik strukturunu bilməli.

İxtisasın gələcəyi 

   Yerin təki haqqında “Azərbaycan Respublikası Qanunu”nun 28-ci maddəsində (Yer təkinin dövlət geoloji öyrənilməsi) qeyd olunur ki; “Azərbaycan Respublikasının mineral – xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onun ərazisində yer təkinin dövlət geoloji öyrənilməsi həyata keçirilir. Dövlət geoloji öyrənilməsinin və xəritəalma işlərinin aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yerin təkində baş vermiş proseslərin proqnozlaşdırlması, mineral – xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanılması və digər işlərin həyata keçirilməsindən ibarətdir”. Dövlətimiz bu sahənin inkişafı üçün daha böyük layihələrə imza atır.  

Əmək haqqı

  Bu ixtisas üzrə maaşlar iş təcrübəsindən asılı olaraq 500 – 2000 AZN  aralığında  dəyişir.