İnvestisiyanın iqtisadi qiymətləndirilməsi

İnvestisiyanın iqtisadi qiymətləndirilməsi

İnvestisiyanın iqtisadi qiymətləndirilməsi

İxtisasın təsviri

  İnvestisiya – (latınca “invest” sözündən olub, tərcüməsi “geyindirirəm” mənasını verir)  gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. İqtisadi baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir. İnvestisiya qoyuluşu ümumilikdə çox vacib və riskli məsələdir. Ona görə də investisiya qoyuluşundan əvvəl hansı sahəyə qoyulacaq, nə kimi istifadə olunacaq, gəlir əldə etmək mümkün olacaqmı bu kimi  məsələlər diqqətlə və dəqiqliklə  araşdırılmalıdır. Çünki investisiyalar elə kapitaldır ki, onun köməyi ilə milli sərvət artırılır. Bu da investisiyanın iqtisadi araşdırılması və qiymətləndirilməsi adlanır.


İxtisasın gələcəyi

  Sahibkar  qazancına qazanc qatmaq, bazarda liderliyi qoruyub yaxud da yeni bazara daxil olmaq istəyirsə, mütləq şəkildə investisiya sahəsi üzrə ixtisaslı kadrın təcrübə  və biliklərinə ehtiyac duyacaq. Çünki bu ixtisaslı kadr müəssisə və ya firma üçün yeniliklərin işlənib hazırlanması, obyektlərin layihələndirilməsi, bazarın tədqiq edilməsi, risklərin dəyərləndirilməsi, qazanc və xərclərin qiymətləndirilməsi, analizini aparacaq. Bunların hamısında insan faktorunun əsas olması bu ixtisasın gələcəyini perspektivli edir.


Universitet

→ Azərbaycan Texniki Universiteti