İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi( maşınqayırma üzrə)

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi( maşınqayırma üzrə)

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi( maşınqayırma üzrə)

İxtisasın təsviri
  İstehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həcmdə xammaldan hazır məhsul istehsal edilir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar nünasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Sənaye Mühəndisidə burda mürəkkəb proses, sistem və təşkilatların optimallaşdırılması (səmərəliləşdirilməsi) ilə məşğul olan şəxsdir. Səmərəliləşdirmə işləri limitli miqdarda olan insan, vaxt, pul, məlumat, avadanlıq, enerji və materialların elmi cəhətdən əsaslandırılmış ən effektiv formada istifadə edilməsi ilə aparılır. Sadə dildə desək sahib olduğumuz məhdud miqdarda resurslardan mümkün olan ən yaxşı formada istifadə etmə sənətidir.Məsələn, bir məhsul 5 manata başa gəlirsə onun üzərində düşünürük ki, bunun xərcini necə aşağı sala bilərik. Bunun üçün sistemləri, maşınları, insanları necə quraşdırmaq, necə idarə etmək lazımdır kimi suallar üzərində düşünürük. Qısa olaraq sənaye mühəndisliyinin kökündə yatan məsələ işlərin səmərəli qurulmasıdır.
 
İxtisasın gələcəyi
  Hal-hazırda ölkəmiz sənayeləşmə dövründədir. Daha doğrusu neft sektorundan yavaş-yavaş qeyri-neft sektoruna daha çox istiqamətlənir. Bu sektora əlvan metalurgiya, mədən, dağ-mədən sənayesi, elmi  texniki yeniliklər  və daha sonra kənd təsərrüfatı və turizm sahələrinidə aid etmək olar. Bu sahələrdə də səmərəliləşdirmə, işlərin düzgün və daha keyfiyyətli qurulmasına ehtiyac duyulur. Bu sahələrin inkişafı üçün ixtisaslı kadrlar yetişdirilir. Bütün bunları nəzərə alsaq, ixtisası gələcəyi perspektivli hesab etmək olar.
 
Universitet
→ Azərbaycan Texniki Universiteti