İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ( nəqliyyat üzrə )

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ( nəqliyyat üzrə )

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ( nəqliyyat üzrə )

İxtisasın təsviri

  İstehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həcmdə xammaldan hazır məhsul istehsal edilir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Bu prosesdə vacib ünsürlərdən biri də nəqliyyatdır. Nəqliyyatın düzgün seçilməsi prosesin tam, dəqiq, vaxtında yerinə yetirilməsinə kömək olacaqdır. Ona görə də nəqliyyatın optimallaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır.  

İxtisasın gələcəyi

  Sənaye mühəndisliyi sahəsi gələcəyi olan bir  sahədir. İnsanların tələbləri, istəkləri bitmir. Ona görə də istehsalat həmişə  olacaq və bu istehsalatın düzgün, tam dəqiq olması üçün nəqliyyata ehtiyac var. Məmulatın gətirilməsi, daşınması, məhsulun bazara çıxarılması və s. bu kimi işlər üçün  nəqliyyat vacibdir. İstehsalat olduğu müddətdə bu sahəyə də ehtiyac olacaq. 

Universitet

→ Azərbaycan Texniki Universiteti