İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi  (sahələr üzrə)

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)

İxtisasın təsviri

  İstehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həcmdə xammaldan hazır məhsul istehsal edilir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar nünasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Sənaye mühəndisi də burada mürəkkəb proses, sistem və təşkilatların optimallaşdırılması (səmərəliləşdirilməsi) ilə məşğul olan şəxsdir. Səmərəliləşdirmə işləri limitli miqdarda olan insan, vaxt, pul, məlumat, avadanlıq, enerji və materialların elmi cəhətdən əsaslandırılmış ən effektiv formada istifadə edilməsi ilə aparılır. Sadə dildə desək, sahib olduğumuz məhdud miqdarda resurslardan mümkün olan ən yaxşı formada istifadə etmə sənətidir. Ümumilikdə götürsək, hər hansı bir istehsalat və xidmət prosesi bu komponentlərdən ibarətdir: Girişlər (Inputs), Resurslar (Resources), Məhdudiyyətlər (Constraints), Fəaliyyət (Activity), Çıxışlar (Outputs).
→ Girişlər: Sistemə daxil olanlar, yəni xammallar.
→ Resurslar: İşçi qüvvəsi, avadanlıqlar.
→ Məhdudiyyətlər: Bizim resurslarımız sonsuz miqdarda deyil. Sutka ərzində maksiumum 24 saat işləyə bilərik, eləcə də avadanlıqlarımızın müəyyən tutumu (sürəti) var.
→ Fəaliyyət: Avadanlıqlarda baş verən istehsal prosesi.
→ Çıxışlar: Hazır məhsullar.
Bu prosesdə insanlar işləyir, avadanlıq iştirak edir, enerji xərclənir və prosesdə müxtəlif komponentlər rol oynayır, yekunda son məhsul əmələ gəlir. Sənaye mühəndisliyinin rolu bunların koordinasiyasını və ən səmərəli şəkildə istifadəsini təşkil etməkdir. Yəni hansı məhsuldan nə qədər istehsal olunacaq, nə qədər işçi qüvvəsi cəlb olunacaq, hansı məhsuldan sonra hansı istehsal olunacaq, işlər necə koordinasiya olunacaq ki, bütün sifarişlər tələb olunan vaxtda müştəriyə çatsın kimi qərarları Sənayə mühəndisləri verirlər.


İxtisasın gələcəyi

  Sənaye mühəndisliyi gələcəyi olan sahədir, insanların cəmi 3%-i bu işi robotların görə biləcəyini düşünür. Hansı məhsuldan nə qədər istehsal olunacaq, nə qədər işçi qüvvəsi cəlb olunacaq, hansı məhsuldan sonra hansı istehsal olunacaq, işlər necə koordinasiya olunacaq ki, bütün sifarişlər tələb olunan vaxtda müştəriyə çatsın kimi qərarları canlı insan verir. Bunu robotlaşdırmaq səmərəli deyil. Ona görə də bu səmərəliliyi həyata keçirmək üçün ixtisaslı kadrlara ehtiyac var. Ali Riyaziyyat, Xətti Cəbr, Fizika, Kimya kimi fənləri, həmçinin simulyasiya, Statistik Keyfiyyətə Nəzarət, Təchizat Zəncirlərinin İdarə Edilməsi, İstehsal və Xidmət Əməliyyatlarının İdarə Edilməsi, Mühəndis İqtisadiyyatı və Xərc Analizi kimi bölmə dərsləri də bilmək, dərindən mənimsəmək lazımdır ki ixtisaslı kadr olasan. Hər daim səni axtarsınlar.

Universitetlər

→ Azərbaycan Texniki Universiteti 
→ Azərbayan Neft və Sənaye Universiteti 
→ Azərbaycan Memarlıq və İnşaat Universiteti