Kimya müəlllimliyi ixtisası

Kimya müəlllimliyi ixtisası

Kimya müəlllimliyi ixtisası

İxtisasın  təsviri 

    Şagird və abituriyentlərə müəyyən kimyəvi bilik və bacarıqları çatdırmaq, gündəlik həyatımızda kimyəvi maddələr ilə istifadə qaydasını öyrətmək, sənayenin bir çox sahələrində həm istifadə olunan, həm də alınan kimyəvi maddələr haqqında məlumat verən müəllimlik peşəsinin bir sahəsidir. Kimya müəllimliyi ixtisası bugünkü günümüzdə xüsusilə nüfuzlu və aktualdır. Bu həm yeni bilik sahələrinin inkişafı (ekologiya, molekulyar kimya və s.), həm də bu elmin həllinə kömək edən sosial vəzifələrin vacibliyi ilə əlaqədardır. Kimyanın ilkin təməllərini bilmək hər birimiz üçün zəruridir, bu biliklər insanın ümumi mədəniyyətinin göstəricilərindən biridir. Kimya müəllimi ixtisasını seçmiş bir insanın kimyəvi istehsalın və hətta bəzi reaksiyaların həmişə zərərsiz olmadığını bilmələri lazımdır, buna görə kimya müəllimi peşəsi, allergik xəstəliklərdən əziyyət çəkən zəif ağciyərləri olan insanlar üçün tövsiyyə deyil. Bu sahə kimya elminə maraq göstərənlər üçün uyğun sahədir.  

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək;
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • ➝ Özünü ləyaqətli aparmaq;
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur;
  • ➝ Kimya sahəsinin bir çox istiqamətləri ilə tanış olub, konkret bir istiqamət üzrə isə dərindən bilik və bacarıqlara malik olmalıdır(məs. Analitik Kimya, Kolloid Kimya, Fiziki Kimya və s.);
  • ➝ Şagirdlərin xüsusilə ekoloji, estetik, cinsi, mənəvi tərbiyə olunması;
  • ➝ Şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin etməli;
  • ➝ Kimyəvi təcrübə və tədqiqatlar aparmaq (yeni məhsulların analizi və sintezi, xassələrinin sınanması), təcrübənin nəticələrini emal etmək;
  • ➝ İstehsaldakı kimyəvi proseslərə nəzarət etmək;
  • ➝ Xammal, vasitəçilər və qida məhsullarının, suyun keyfiyyətinə kimyəvi müayinə keçirmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • ➝ Bakı Dövlət Universiteti 
  • ➝ Gəncə Dövlət Universiteti 
  • ➝ Xəzər Universiteti 
  • ➝ Lənkəran Dövlət Universiteti 
  • ➝ Naxçıvan Dövlət Universiteti 
  • ➝ “Naxçıvan” Universiteti 
  • ➝ Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

     Bakalavr təhsili:

  • ➝ Ümumtəhsil məktəblərində
  • ➝ Abituriyent hazırlığı mərkəzlərində 
  • ➝ Əgər hər hansı bir kursda cihazlarla işləmək, təqdiqat aparmaq bacarıqlarına sahib olmaq biliklətinə yiyələnsə:
  • ➝ Müəyyən şirkətlərdə laborant vəzifəsində
  • ➝ Magistr və doktorantura təhsili ilə:
  • ➝ Ümumtəhsil məktəblərində 
  • ➝ Abituriyent hazırlığı kurslarında
  • ➝ Universitetlərdə (yalnız dokturantura)
  • ➝ Müxtəlif müəssisələrdə (qida sənayesi, neft sənayesi, hərbi sənayedə)    

                                                                                    Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Təşkilatçılıq  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin uşaqları  birləşdirmək, onları məşğul  etmək, vəzifələri bölüşdürmək, işi  planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında  özünü göstərir.
  • ➝ Didaktik  qabiliyyətlər. Buraya  tədris materialını, əyani  vasitələri, avadanlıqlığı seçmək  və hazırlamaq, tədris materialını  başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı  və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi  tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını  yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  • ➝ Perspektiv  qabiliyyətlər. Bu, şagirdlərin daxili  aləmini görmək bacarığında, onların  emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • ➝ Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin rəhbərliyi ilə pedaqoji  cəhətdən məqsədyönlü münasibət yarada bilməsində  özünü göstərir.
  • ➝ Suqqestiv (təlqinedici )  qabiliyyətlər. Bu, şagirdlərə  emosional-iradi təsir  göstərməkdən ibarətdir.
  • ➝ Tədqiqatçılıq  qabiliyyətlər. Bu,  pedaqoji  situasiyaları  və prosesləri dərk etmək  və obyektiv qiymətləndirmək  bacarığında özünü göstərir.
  • ➝ Elmi – idrakı  qabiliyyətlər. Bu, seçdiyi  sahə üzrə elmi  bilikləri mənimsəmə  qabiliyyətidir. 
  • ➝ Laboratoriyada işləmək
  • ➝ Cihazlardan istifadə
  • ➝ Analiz etmək
  • ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.

    Qeyd: Müəllim  praktiki fəaliyyət üçün  bu qabiliyyətlərin hamısı  eyni dərəcədə vacib deyil. Son illərin  elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər  içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan  çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri  aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi

    Sənayemiz inkişaf etdikcə bu ixtisas da inkişaf edir. Hal-hazırda sənayeni kimyasız təsəvvür etmək olmur. Gələcəkdə bu sahə daha da inkişaf edib öz töhfələrini  verməyə davam edəcəkdir.

Əmək haqqı

    Bu ixtisas üzrə məvaciblər aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq,həftəlik dərs yükünə görə təyin edilir.

  • ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda – 462 AZN
  • ➝ Pedaqoji təcrübə 3 ildən 8 ilə qədər olduqda – 496 AZN
  • ➝ Pedaqoji təcrübə 8 ildən 13 ilə qədər olduqda – 522 AZN
  • ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda – 554 AZN
  • ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

  Qeyd: Ancaq özəl liseylərdə maaşlar daha yüksək ola bilər.