Kimya mühəndisliyi – Karbohidrogen qazların emalı texnologiyası

Kimya mühəndisliyi – Karbohidrogen qazların emalı texnologiyası

Kimya mühəndisliyi – Karbohidrogen qazların emalı texnologiyası

İxtisasın təsviri:

  Kimya mühəndisliyi sahəsi xam maddələri gündəlik və lazım olan məhsullara çevirmək ilə məşğuldur. Bu ixtisasın magistratura proqramında tədris olunan Karbohidrogen qazların emalı texnologiyası ixtisası isə neftin ilk fraksiyasından alınan qaz qarışıqlarından, onların xammalından istifadə edən sahədir. Hazırda Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alsaq, bu ixtisas üzrə mütəxəssislərə ehtiyac var. Bu sahədə ixtisaslaşmış şəxslər öz karyeralarını həm ölkəmizdə, həm də xaricdə inkişaf etdirə bilərlər.


İxtisasın gələcəyi:

  Hazırda aktual olan bir sahə olan Karbohidrogenlərin emalı texnologiyası uzaq gələcəkdə (önümüzdəki 50 il ərzində kifayət qədər perspektivli sahədir) artıq dəbdən düşəcəyi düşünülür. Hazırda isə Azərbaycan bazarında 2 böyük şirkət olan Socar və BP şirkətlərində proses və Kimya mühəndisliyi tələbələrinin bu sahəni bilmələri vacibdir. Bu sahə üzrə rəqabət hər zaman güclü olmasına baxmayaraq, sahə üzrə yaxşı hazırlaşdıqda iş imkanları əldə etmək mümkündür.

Universitet:

→Azərbaycan Dövlət Neft və Sənaye Universiteti