Kimya mühəndisliyi - Polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası

Kimya mühəndisliyi - Polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası

Kimya mühəndisliyi - Polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası

İxtisasın təsviri:

  Polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası hazırda kimya mühəndisliyi sahəsinin əsas qollarından birinə çevrilmişdir. Polimerlər hal-hazırda xalq təsərrüfatının bütün sahələrində geniş tətbiq olunmuşdur. Polimerlər texnikada, məişət məhsullarının istehsalında kənd təsərrüfatında və təbabətdə əsas materialllar kimi geniş istifadə olunur. Polimerlərin tətbiqi onların fiziki-kimyəvi xassələri ilə əlaqədardır. Bu xassələrdən polimerdən hazırlanan məhsulların istehsalını asanlaşdıran onların elastikliyini, möhkəmliyini, plastikliyini, elektroizolyator xassəsini və s. göstərmək olar. Müasir texnikanın sürətli inkişafı polimer elmi qarşısında əlverişli fiziki - mexaniki və ümumiyyətlə, kompleks xassələrə malik olan yeni polimerlərin sintezi tələbini qoyur. Digər tərəfdən polimer elminin tədqiq etdiyi problemlər bütövlükdə fizika elminin, xüsusən kimya və biologiya ilə sərhəd təşkil edən molekulyar fizikanın inkişafını üçün çox böyük rol oynayır. Bu proqram üzrə təhsil alan tələbələr müxtəlif monomerlərlə malik polimer kompozisiya materiallarının xassələri arasındakı fərqi araşdırır, müxtəlif monomerlərlə malik polimer kompozisiya materiallarının xassələrini tələb olunan istiqamətdə inkişaf etdirmək üçün sintezlər aparır. Bunu üçün də üzvi sintezi dərindən mənimsəmək lazımdır. Polimer materiallar üçün daha az maliyyətli və ətraf mühitə dah az neqativ təsirə malik sintez üsullarının işləyib hazırlayır, Polimer materilların xassələrini tələb olunan istiqamətdə inkişaf etdirmək üçün qatqılar sintez edir və onların polimer materiallar üzərində təsir effektlərini araşdırır, polimer materialların sintezi üçün daha effektiv istehsal texnologiyası üzərində işləyir. .

İxtisasın gələcəyi:

  Polimer və kompozit materiallarının hazırda yeni tətbiq sahələrinin inkişafı və bir çox sahələrdə ağır metal məmulatları asanlıqla əvəz etməsi onu göstərir ki, qısa zamanda polimer və kompozit materillar ən yüksək inkişaf həddinə çatacaqdır. Bu sahənin məzunları Elmi tədqiqat İnstitutlarının laboratoriyalarında, müxtəlif plastik məhsullar (boru, fittiniq, məişət qabları, tibbi avadanlıqlar, maşınqayırma və s) istehsal edən zavodların istehsal prosesinbdə və laboratoriyalarında, Polimer (polietilen, PVC və s) istehsalı zavodlarında çalışaraq, öz karyeralarını qura bilərlər. 

Universitet:

→Azərbaycan Dövlət Neft və Sənaye Universiteti