Kompüter elmləri

Kompüter elmləri

Kompüter elmləri

İxtisasın  təsviri 

Kompüter elmləri kompüter qurğularında məlumatların necə toplanması, saxlanması və emalını öyrənir. Qısaca, kompüter elmləri kompüterlər və hesablama sistemləri haqqında elmdir. Kompüter və elektrik mühəndisliyindən fərqli olaraq, bu sahə daha çox proqram təminatı və sistemlərindən bəhs edir ki, bura onların nəzəriyyəsi, dizaynı, inkişaf etdirilməsi və tətbiqi daxildir. Baxmayaraq ki, proqlamlaşdırma bu sahədəki başlıca bölmədir, lakin bu onun sadəcə bir hissəsidir. Bundan əlavə buradakı digər əsas sahələr sırasına kompüter sistemləri, şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, insanla kompüter arasındaki əlaqə, görüntü və əlaqə, ədədi analiz, proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika və hesablama nəzəriyyəsi daxildir. Kompüter elmləri, proqramları həll etmək və kompüterin proqram və aparat təminatının performansını ölçmək üçün alqoritmlər hazırlayır. Buna görə kompüter elmləri mütəxəssisləri həm də informasiyanın emalı, saxlanılması və tətbiqini təmin edən riyaziyyatçılardır.

İxtisasın  tarixi

  Bu sahə ilk elektron kompüterlərin yarandığı XX əsrin 60-cı illərində ortaya çıxdı. İnkişaf etməkdə olan sənaye və insan fəaliyyətinin digər sahələri getdikcə artan məlumatların emalı sahəsində inqilabi həllər, onun sistemləşdirilməsi və etibarlı saxlanılmasını təmin edən yeni yanaşmalar tələb etməyə başladı və bu da ixtisasın inkişafına səbəd oldu.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

➝ Tətbiqi problemlərin təhlilində riyazi və alqoritmik modelləşdirmə metodlarını tətbiq etmək
➝ İnformasiyanı emal etməli
➝ İnformasiyanın saxlanılması və tətbiqini təmin etməli
➝ Alqoritmlər hazırlamalı
➝ Kompüterin proqram və aparat təminatının performansını ölçməli
➝ Sənaye sahəsində baş vermiş problemi həll etmək üçün proqram təminatı hazırlamalı
➝ Texnologiya və kompüter qurğularının idarəetmə sistemlərindən istifadə etmək
➝ Elmi məqalələr və elmi-texniki hesabatlar hazırlamaq
➝ Elmi və texniki işin təşkilində iştirak, nəzarət və qərarlar qəbul etmək, habelə perspektivləri təyin etmək
➝ Tədqiqat seminarlarında, konfranslarda, simpoziumlarda iştirak etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

➝  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
➝  Azərbaycan Texniki Universiteti
➝  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
➝  Bakı Dövlət Universiteti
➝  Gəncə Dövlət Universiteti
➝  Xəzər Universiteti
➝  Qərbi Kaspi Universiteti
➝  Odlar Yurdu Universiteti
➝  Celt colleges (kurs)

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Banklar və maliyyə qurumlarında
  • ➝ Startup təşkilatlarında
  • ➝ Google, Apple, Uber ve s. kimi böyük texnoloji şirkətlərdə
  • ➝ KPMG, McKinsey kimi konsultasiya şirkətlərdə
  • ➝ Elmi-tədqiqat ve inkisaf institutlarında
  • ➝ Azərkosmos açıq səhmdar cəmiyyətində
  • ➝ Təhsil qurumlarında
  • ➝  Komputer elmləri ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq informatika fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

➝ riyazi və analitik biliklərə sahib olmalı
➝ kompüter sistemləri ilə işləməyi bacarmalı
➝ dəqiq olmalı
➝ qraflar nəzəriyyəsini bilməli
➝ veb-texnologiyası ilə işləməyi bacarmali
➝ proqram təminatı və sistemləri ilə işləməyi bacarmalı
➝ proqlamlaşdırmanı bilməli
➝ şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, ədədi analiz kimi anlayışları qavramalı
➝ proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika kimi nəzəri biliklərə sahib olmalı
➝ məsuliyyət və təşəbbüskarlıq;
➝ çalışqanlıq və diqqətlilik bacarığı;
➝ məntiqi təfəkkür;
➝ güclü yaddaş;
➝ analitik düşüncə.

İxtisasın gələcəyi 

 Hal-hazırda yaşadığımız dövr texnologiya dövrüdür və bu da bilavasitə kompüterlə bağlıdır.
 Araşdırmalar sübut edir ki, kompüter elmləri tələbələrinin məzun olduqdan sonrakı ilk 6 ay ərzində iş tapmaq şansları böyükdür. Nəzərə alsaq ki, hal-hazırda bütün şöbələrdə kompüterlərdən istifadə olunur, onda bu statistika özünü doğruldur.

Əmək haqqı

Əmək haqqı müvafiq olaraq 400 -1500 azn və daha çox ola bilər.