Kompüter mühəndisliyi ixtisası

Kompüter mühəndisliyi ixtisası

Kompüter mühəndisliyi ixtisası

İxtisasın  təsviri 

  Kompüter üzrə mühəndis, əsasən, müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur. Eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir.
Eyni zamanda kompüter üzrə mühəndis internetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

➝ Kompüter mühəndisliyi üzrə məzun olanlar aşağıdakı vəzifələri icra edə bilərlər:
➝ Kompüter təhlükəsizliyi üzrə idarəedicisi
➝ Şəbəkə mütəxəssisi
➝ İnformasiya emalı üzrə idarəedici
➝ Sistem proqramçısı
➝ Sistem təhlilçisi
➝ Sistem layihələndirici
➝ Verilənlər bazası administratoru
➝ Tətbiqi proqramçı

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Milli Aviasiya Akademiyası
  • ➝ «ADA» Universiteti
  • ➝ «Azərbaycan» Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • → Odlar Yurdu Universiteti

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  •   – Kompüter texnikasının geniş istifadə olunduğu müəssisə və təşkilatlar
  •   – Səfirliklər, böyük istehsalat obyektləri, kompaniya və firmalar
  •   – Kompüter texnikasının satışı və təmiri ilə məşğul olan şirkətlər.
  • –  Komputer mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq informatika fənnini tədris edə bilər.

 

 

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən  mənimsəməlidir.
  Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı;
➝ məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti
➝ mühəndis intuisiyası
➝ səbirli, soyuqqanlı olmaq
➝ müəyyən edilmiş tədris prosesindən öyrədilən proqramları mükəmməl bilməli
➝ komanda ilə birlikdə işləmək kompüter mühəndisinə çox kömək edə bilər.

İxtisasın gələcəyi 

  İnformasiya texnologiyalarının yüksək bir sürətlə inkişaf etdirildiyi və həyatımızın ayrılmaz bir parçasına çevrildiyi bir zamanda ən çox ehtiyac olunan mütəxəssislər, şübhəsiz ki, kompüter mühəndisləridir.

Əmək haqqı

Əmək haqqı müvafiq olaraq 600-1500 azn və daha çox ola bilir.