Layihənin idarə olunması

Layihənin idarə olunması

Layihənin idarə olunması

İxtisasın təsviri

  Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət  yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyətdir. Layihələr layihənin özündən daha geniş bir mühitdə baş verir. Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək  diqqətlə planlaşdırılmış və təşkil olunmuş bir fəaliyyətdir. Bəzən layihənin müştəriləri və tərəfdaşları bir çox ölkələr və qitələr üzərində yayılmış ola bilər və bu da layihələrin eyni standarta görə idarəedilməsinin əhəmiyyətini bir daha vurğulayır. 
Ümumilikdə layihə rəhbərliyi özündə 3 əsas istiqaməti cəmləşdirir:
→ Layihə gedişatının qiymətləndirilməsi. Bu özündə istənilən prosesə əks əlaqə sistemini yaradır. Layihə rəhbəri istənilən prosesə vaxtında müdaxilə edərək onu lazımlı istiqamətə yönləndirir.
→ Kommunikasiya. Layihə üzvləri arasında kommunikasiya idarəetmə prosesi üçün çox vacibdir. Layihə üzvləri istənilən dəyişiklik və (və ya) cari fəaliyyətlər barədə məlumatlandırılmalıdır.
→ Korrektə fəaliyyəti. Layihə gedişatında menecer daima bütün proseslərə nəzarət edərək lazımlı yerlərdə bir-başa korrektə işləri görməlidir.

Layihənin uğurlu olması üçün təhlillərin vaxtında və düzgün aparılması lazımdır. Aşağıda sadalanan 8 özəllik sizdə varsa heç düşünmədən bu ixtisası seçin.
→ Müştəri yönümlü olmaq
Hər layihənin mütləq müştərisi vardır. Müştəri təşkilatın daxilində ola biləcəyi kimi təşkilatın xaricində yaxud, hər ikisi birdən də ola bilər. Uğurlu layihə menecerləri müştərini daima ön planda tutar. Müştərini diqqətlə dinləyər, istəklərini və tələblərini layihə komandası ilə birlikdə analiz edər və lazımi dəyişiklikləri həyata keçirər. Müştəridən gələn dəyişiklik tələbləri layihənin hər mərhələsində ola bilər.
→ Planlaşdırma bacarığı
Layihə meneceri layihəyə başlamazdan əvvəl ediləcəyi işlər (İR idarə edilməsi sahəsində), fəaliyyətlər (Fəaliyyət siyahısı üzərində) və 3 əsas ünsür olan "Əhatə dairəsi, Zaman və Xərc Planlarını" təşkil etməkdir. Layihənin tam və effektiv icrasında ilk addım yüksək səviyyəli və yüksək dəqiqliyə malik layihə planı yaratmaqdır. Layihə planı meydana gətirərkən maraqlı tərəflərlə mümkün olduğu qədər çox danışıqlar aparılmalı, "Beyin Fırtınası" və "Delphi texnikası" kimi texnikalarla planın son variantı hazırlamalıdır.
→ Elastiklik və həllə fokuslanmaq
Həllə fokuslanmaq layihənin icrası prosesində layihə menecerinin ehtiyacı olan ən mühüm xüsusiyyətdir. Çünki ortaya çıxan problemlər qarşısında layihə meneceri əvvəlcədən hazırlamış olduğu layihə planına baxmalı, təyin olunmamış risk və ya problem qarşısında mümkün həll istiqamətindən uyğun gələn cavabı verə bilməlidir.
 → Ünsiyyət və empatiya bacarığı
Ünsiyyətin təsirli olması çox vacibdir. Çünki layihə meneceri bütün maraqlı tərəfləri çox yaxşı dinləməli, nəyə ehtiyac olduğunu anlamalı, maraqlı tərəfləri güc-gəlir cədvəlinə uyğun şəkildə yerləşdirməlidir. Layihə kommunikasiyası, layihənin bütün maraqlı tərəfləri ilə mütəmadi ünsiyyətdə olmağı zəruri edir. Empatiya qurmaq layihə menecerini bir addım irəliyə aparacaq. Bu xüsusiyyət sayəsində menecer maraqlı tərəfləri daha yaxşı anlayacaq və problemlərin əsl qaynağının nə olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.
→ Özünə güvənmək və liderlik
Layihə meneceri, layihənin hər mərhələsində layihəyə olan bağlılığı və marağını yüksək səviyyədə saxlamalıdır. Layihə meneceri layihəyə nə qədər güvənirsə, maraqlı tərəflər və layihə komandasında layihənin hədəflərinə olan inanc da düz mütənasib olaraq artır. Layihəyə güvənməyin ilk addımı da layihə menecerinin özünə olan güvənindən asılıdır.
→ Qazan – qazan prinsipinə fokuslanmaq
Layihənin icrası mərhələsində bəzən maraqlı tərəflər arasında qarşıdurmalar, mübahisələr yaranacaq. Maraqlı tərəflərin hər biri öz funksional işləri baxımından ən yaxşı nədirsə onu müdafiə edəcəkdir. Layihə meneceri bu cür mübahisələrin normal bir proses olduğunu qəbul etməli və maraqlı tərəflər arasında ən uyğun həll metodunu müəyyən etməlidir. Hər şeydən əvvəl LM (layihə meneceri), problemlə üzləşməli və sonra da hər iki tərəfin xeyrinə olacaq şəkildə (qazan-qazan metodu) müzakirəni idarə etməlidir. Buradakı ən son variant məcburiyyət üsulu ilə son qərarı Layihə menecerinin  özünün verməsidir.
→ Şəffaflıq və dərs almaq
Uğurlu layihə meneceri layihəsinin müvəffəqiyyətlə sona çatması üçün əvvəllər icra edilmiş bənzər layihələrin formalarından nümunə olaraq istifadə edə bilər. Əvvəlki layihənin rəhbəri ilə ünsiyyət quraraq öz layihəsinə uyğunlaşdırma edə bilər.
→ Nəzarət və koordinasiya bacarığı
Uğurlu layihə meneceri daima layihəsinin əsas planlarına (Əhatə dairəsi, Zaman, Xərc) nəzarət edir. Layihənin hər bir mərhələsində bu planları hədəflərlə müqayisə edərək qazanılmış dəyər metodunu həyata keçirir. Bu texnika ilə layihənin hədəflərdən nə qədər uzaqlaşdığını görə bilərsiniz. Variasiya analizi ilə də faktiki vəziyyət və hədəf arasındakı fərq müəyyən edilir.

İxtisasın gələcəyi

  Son zamanlar ölkəmizdə yeni bizneslərin yaranması, bazarda rəqabət mühitinin kəskinləşməsinə gətirib çıxarır. Həmçinin bazarda var olan firma və müəssisələr üçündə real təhlükə yaranmış olur. Firma və müəssisələrin  bazarda daha dayanıqlı olması, dəyərinin artması, tanınması, lider olması üçün bir neçə  layihələrin həyata keçirilməsinə ehtiyac duyulur. Bundan əlavə daha yaxşı gəlir əldə etmək məqsədi ilə də firma və müəssisələr layihələr həyata keçirir. Layihələrin planlı, dəqiq, düzgün, səmərəli, az xərcli olması, problemlərin həll edilməsi, digər müəssisə və ya firmalarla əlaqələrin qurulması üçün layihə menecerlərinə tələb artər. Dünyada və ölkəmizdə robotlaşma getsə də buna baxmayaraq, bu sahədə hələ də insan faktoruna ehtiyac var. Bütün bunları nəzərə alaraq ixtisası perspektivli hesab etmək olar.

 
Universitet

→ Azərbaycan Texniki Universiteti