Marketinq – sahələr üzrə

Marketinq – sahələr üzrə

Marketinq – sahələr üzrə

İxtisasın təsviri:

  Marketinq cəmiyyətin bir çox sahəsində, demək olar ki, bütün sahələrində tələb və təklifi araşdıran, öyrənən, cəmiyyət üzvlərinin ( müştərilərin) ehtiyac və tələbatlarının araşdırılması və qarşılanması istiqamətində həyata keçirilən fəaliyyət növüdür. Marketinq ixtisası dedikdə çox insanın beynində sadəcə reklam canlanır. Lakin, marketinq ümumi sahədir və içində çoxlu ixtisaslar var:
 marketinq analitik, biznesin inkişafı, reklamçılıq və s.  Marketinqin kampaniyanın bazarda yüksək paya sahib olmasında, həmçinin auditoriyaya çatdırılmasında böyük rolu vardır Bu ixtisasa daxil olan sahələrdən bəziləri texniki biliklər ( məsələn, Tableau, Excel və s.) daha çox tələb etdiyi halda digər ixtisaslar daha çox “soft skills” dediyimiz xarakterlə bağlı olan ünsiyyət, yaradıcılıq, liderlik kimi qabiliyyətləri tələb edir. Marketinqin qolları çoxdur. Hər bir kampaniya bütün qollardan istifadə edə bilməsə də, sırf özünə lazım olan, daha çox effekt görəcək qollardan yararlanaraq buna uyğun formada strategiya hazırlayır. Hazırda bu sahənin ən çox müraciət edilən və inkişaf edən qollarından biri isə digital marketinqdir.


İxtisasın gələcəyi :

  Hazırki zamanda, hər hansı bir şirkət işçini işə götürən zaman onun  yenilikçi, kreativ, yaradıcı xüsusiyyətlərinə daha çox önəm verir. Hər hansı bir müəssisənin inkişafı və yüksəlməsi üçün onun işçiləri yaradıcı, yenilikçi olmalı, satış prosesinə daim yeniliklər gətirməlidirlər. Marketinq daim yenilənən və inkişaf edən bir sahədir. Yuxarda qeyd edildiyi kimi, marketinqdə ünsiyyət ilə insanları cəlb etmək və marketinq analitikasında istifadə olunan proqramlarla işləmək vacib məqamlardandır. Lakin, gələcəkdə marketinq analitikasında hansısa proqramlar insanlardan daha yaxşı nəticələr ortaya qoya bilər. Söhbət marketinqdən, insanları cəlb etməkdən gedirsə, gələcək nəsilləri yaxşı tanımaq lazım olacaq. Çünki bu gün uşaq olan sabahın istehlakçıları çox aktiv, dəyişkən həyata meyillidirlər ki, bu da şirkətlərin marketinq siyasətlərinə öz təsirini göstərəcək. Uğurlu olmaq üçün öyrənilən bilik və bacarıqların təqdimatı, yəni marketinqi çox önəmlidir. Hazırki dövrdə də, gələcək dövr üçün də deyə bilərik ki, iqtisadi rəqabət hər zaman var. Bu rəqabətdə üstün gəlmək üçün isə, düzgün aparılan marketinq önəmlidir. Buna görə də bu sahəni seçən tələbələr daim araşdırma aparmalı, yeniliklərə açıq olmalıdırlar. 


 Universitetlər:

→Azərbaycan Memarlıq və İnşaat Universiteti
→Azərbaycan Dövlət İqtisad Universiteti 
→Azərbaycan Dövlət Aqrar Universiteti
→Azərbaycan Kooperasiya Universiteti
→Bakı Biznes Universiteti