Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası

İxtisasın  təsviri

  Meliorasiya və su təsərrüfatı mühəndisliyi hidroenerji tətbiq etməklə torpaqların əsaslı şəkildə yaxşılaşdırılması, torpaqların suvarma şəbəkələri və obyektləri ilə təmin etmə, meliorasiya şəbəkələrinin, yəni bir-biri ilə əlaqəli hidrotexnika və digər komplekslər, qurğular (kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyalar, su qəbuledici şəbəkələr, meliorasiya olunan digər qurğular və optimal su, duz, hava, istilik və qidalanma təmin edən torpaqlar) meliorasiya olunmuş torpaqlarda torpaqların rejimi, habelə qoruyucu ağacların əkilməsi, meliorasiya və irriqasiya işləri – dizayn, tikinti, təmir, ayrıca yerləşən meliorasiya şəbəkələrinin, suvarma sistemlərinin istismarı hidrotexniki qurğular sistemlərinin, otlaqların suvarılması, qoruyucu meşə təsərrüfatlarının əkilməsi, tətbiqi mədəni və texniki işlər, fiziki yaxşılaşdırma işləri, torpaqların aqrokimyəvi xüsusiyyətləri, elmi və istehsal texniki təminatını əhatə edən ixtisasdır.

İxtisasın  tarixi

  Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi Azərbaycan Memarlıq və İnşaat  Universitetin Elmi Şurasının 20.09.2001-ci il tarixli qərarı ilə Su təsərrüfatı və ekologiya və Mühəndis sistem və qurğuları fakültələrinin bazası əsasında təşkil edilmişdir. Hidromeliorasiya fakültəsi 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun tərkibində, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda açılmış və müxtəlif dövrlərdə «Hidrotexnika və meliorasiya tikintisi» və «Su təsərrüfatı tikintisi və ekologiya» adlandırılmışdır. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu fəaliyyətə başlayanda Sanitariya texnikası fakültəsi yaradılmışdır. Su təsərrüfatı və mühəndis  kommunikasiya sistemləri fakültəsində 800-dən çox tələbə təhsilin bakalavr və magistr pillələrində təhsil alır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Region və ekologiyadan asılı olaraq su resurslarından, torpaqdan səmərəli şəkildə istifadə olunması yollarının işlənib hazırlanması, bu tədbirlər planının tətbiqi;
  • ➝ Su təsərrüfatı və meliorasiyada elmi-texniki tərəqqini tətbiq etmək;
  • ➝ Meliorativ sistemlərin yenidən qurulması və təmiri üsullarının işləyib hazırlanması;
  • ➝ Təsərrüfatı obyektlərinin və hidromeliorativ sistemlərin istismarı və yenidən qurulması .

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti (Azmiu)
  • ➝ Naxçıvan Dövlət Universiteti (NDU)

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ ”Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti;
  • ➝ ”Azərsu” Səhmdar Cəmiyyəti;
  • ➝ Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti;
  • ➝ Ə.Əliyev adına Dərin Özüllər Zavodu;
  • ➝ Azərbaycan Dövlət Dəniz Nəqliyyat Layihə və ET İnstitutu;
  • ➝ Bakı şəhəri istilik idarəsi və Neft-qaz tikinti tresti;
  • ➝ İstismar sahəsində;
  • ➝ Tikinti-montaj sahəsində;
  • ➝ Sənaye, su təsərrüfatı və enerji sahəsində;
  • ➝ Elmi-tədqiqat təşkilatları;
  • ➝ Ətraf mühitin mühafizəsi üzrə dövlət təşkilatları.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Hidravlik hesablamalar və düstur bilikləri;
  • ➝ Sistemlərin mühəndis dizaynını və proyeksiyasını yerinə yetirmək barədə biliklər;
  • ➝ MS office və Autocad proqramlarını bilmək;
  • ➝ Çertyoj oxumağı bacarmaq;
  • ➝ İngilis dili biliyi.

İxtisasın gələcəyi

  Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası gündəlik və vacib tələbat olan su ilə bağlı ixtisas olduğu üçün daimi işlək sahədir. İxtisas hal-hazırda təəssüf ki, Azərbaycanda, əsasən, abituriyentlərin az yönəldiyi və daha çox son seçim kimi məcburiyyətdən seçdiyi ixtisaslardan olsa da, qlobal səviyyədə  çox perspektivli  hesab edilən bir ixtisasdır.

Əmək haqqı

  Bu ixtisas üzrə  fəaliyyət sahələri  sadəcə bir yerlə məhdudlaşmadığı  üçün konkret əmək haqqı məbləğini  qeyd etmək mümkün olmasa da, ortalama olaraq Meliorasiya mühəndisinin aldığı məvacib 850-900 AZN civarında dəyişir. Bu məbləğ mühəndisin vəzifə və bacarıqlarından asılı olaraq dəyişə bilər.