Memarlıq ixtisası

Memarlıq ixtisası

Memarlıq ixtisası

İxtisasın  təsviri

  Memarlıq tikinti ilə sıx bağlıdır, buna görə də bu sahə ən qədim sahələrdən biridir. Memarlıq günümüzdə ən vacib və tələb olunan peşələrdən də hesab olunur. Bütün dünyada müxtəlif memarlıq üslubunda tikilmiş bir çox bənzərsiz saraylar, ibadətgahlar, yaşayış binaları, körpülər var. Bu və ya digər binanın gözəlliyi insanlarda müəyyən hisslər və əhval-ruhiyyə yarada bilər. Memar layihələr ilə məşğul olur, bina və fasadların planını hazırlayır. Qeyd olunduğu kimi bu ixtisas yaradıcılıq tələb edir. Belə ki, memar burada gözəllik haqqında təsəvvürlərini reallaşdırır. Memarlar evləri, ofisləri, fabrikləri, ofis binalarını və başqa quruluşları planlayıb, dizayn edirlər. Onlar, həmçinin ilkin rəsmləri hazırlamaq üçün tikintiyə baş çəkir, müştərinin istəyinin yerinə yetməsi üçün irəliləyişi izləyirlər. Bunlardan əlavə olaraq, memarlıqda landşaft bölümü də var. Landşaft memarları parkları, kampusların açıq hava hissələrini, istirahət məkanlarını, şəxsi evləri və başqa açıq məkanları dizayn edirlər. Rəsm və rəsmxət maraqlananlar üçün uyğun ixtisasdır.

İxtisasın  tarixi

  1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində Memarlıq fakültəsi yaradılmışdır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər test imtahanlarından əvvəl universitetdə qabiliyyət imtahanları verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Memarlıq təhsilinin beynəlxalq standartlara uyğunlaşması məqsədi ilə fakültə xarici memarlıq məktəbləri ilə peşəkar əlaqələrini genişləndirir. Fakültə, həmçinin ABŞ, Almaniya, Fransa, Misir, Türkiyə, İran, İtaliya və digər ölkələrlə əməkdaşlıq münasibətləri qurmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)  

  • ➝ Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtibi və hazırlanmasında bilavasitə  iştirak edir;
  • ➝ Layihə işlərinin təşkili və planlaşdırılması bilməli;
  • ➝ Yüksək keyfiyətli üçölçülü təsvirlərin (3D vizualizasiya) hazırlanması;
  • ➝ Rəsmxətlərin hazırlanmasını həyata keçirməli
  • ➝ Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • ➝ Obyektə ilkin baxış və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • ➝ Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
  • ➝ İlkin eskizin / cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
  • ➝ Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
  • ➝ Aylıq smetaların hazırlanması;
  • ➝ Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Dövlət təşkilatlarında
  • ➝ Özəl tikinti-inşaat şirkətlərində
  • ➝ Dizayn studiyalarında
  • ➝ Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  • ➝ Azərbaycan  Dövlət Layihə İnstitutu 
  • ➝ Memarlıq ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq təsviri incəsənət fənnini tədris edə bilər.

  Özəl tikinti – inşaat şirkətlərinə aşağıdakıları qeyd etmək olar:

  • ➝ AM.M LINE MM
  • ➝ SS-Proje
  • ➝ “ARXİN – M” MMC
  • ➝ “Kon-Lay” MMC
  • ➝ Qala Groum MMC
  • ➝ Konstruktor MMC
  • ➝ ARX Proekt   
  • ➝ Sosial Inkisaf Layihe MMC
  • ➝ “Azİmport” MMC
  • ➝  AZEA İnşaat
  • ➝  Azərbərpa

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İxtisası üzrə dərin biliklərə yiyələnməli;
  • ➝ Layihələndirməni, dizaynı (interyer eksteryer ) maketləşməni  dərindən oyrenmeli;
  • ➝ Rəsmxət çəkməyi bacarmalı;
  • ➝ Avtomatlaşdırılmış layihələndirmə sistemləri, rəsm və qrafika sahəsində rəssamlıq biliklərinə sahib olmalı;
  • ➝ Kompüter biliklərinə yiyələnməli (AutoCAD, ArchiCAD, 3DsMAX + Vray) AutoCAD, ArchiCAD – binaların, tikinti obyektlərin və istənilən proyektlərin, çertyojların yaradılması və tərtibatı, realistik obyektlərin yenidən layihələnməsi proqramıdır;
  • ➝ Texnologiya və tikintinin əsas prinsiplərini bilməli;
  • ➝ İncəsənət tarixinə düzgün yiyələnməli;
  • ➝ Düzgün zövq və yaradıcılıq qabiliyətini formalaşdırmalı və  memarlıq üslublarına sahiblənməlidir;
  • ➝ Müasir dəblə ayaqlaşmalıdır;
  • ➝ Müasir tikinti norma və qaydalarını, həmçinin texnologiya və materialların xüsusiyyətlərini bilməlidir;
  • ➝ Məkan təsəvvürünə malik olmaqlı;   
  • ➝ Yüksək müşahidə bacarığına sahib olmalı;
  • ➝ Ünsiyyət bacarığına sahib olmalıdır.

İxtisasın gələcəyi

  İnsanlar hər zaman yaşam şərtlərini yaxşılaşdırmaq üçün çalışmışlar. Bu isə memarlıq səhəsinin yaranmasının ən əsas səbəbidir. İnsanlar yaşayıb yaratdıqca memarlıq da inkişaf edəcək,  irəliləyəcəkdir. Memarlıq dövrümüzün ən mühüm sahələrindən biridir, çünki dünyada öz izlərini qoyan insanlardır. Memarlığın gələcəyi hər zaman parlaqdır, çünki yeni məkanlara və keçmiş məkanların yenilənərək dövrə uyğunlaşdırılmasına ehtiyac var. Bir memarın sənətinin gələcəyi isə onun öz əlindədir.Memar hər zaman dövrün tələblərinə və insanların ehtiyaclarına uyğunlaşmağı bacarmalı, öz üzərində daim çalışmalıdır.

Əmək haqqı

  • ➝ Dövlət şirkətlərində: 400 – 600 AZN
  • ➝ Özəl şirkətlərdə: 800 – 2000