Turan Zakariyayeva

Turan Zakariyayeva

Turan Zakariyayeva

Haqqında

Turan İsa qızı Zəkəriyəyeva 1998-ci ildə Şəmkir rayonu İ.Məmmədov adına Qapanlı kənd orta məktəbindən əla qiymətlərlə məzun olub. Bakalavr təhsilini Bakı Dövlət Universiteti filologiya fakültəsində fərqlənmə diplomu ilə başa vurub, magistr dərəcəsini isə Sumqayıt Dövlət Universitetində alıb. Azərbaycan Respublikası Təhsil İnstitutunda filologiya üzrə doktorant təhsili alır. 2006-cı ildən etibarən Bakı şəhərində müxtəlif özəl məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmiş, ana dilinin təmizliyi, bədii irsimizin tədrisi və təbliği yolunda həvəslə çalışmışdır. Bu illər ərzində eyni zamanda abituriyentlərə ali məktəbə hazırlıq, ixtisas seçimi və karyera planlaması sahəsində dəstək olmuşdur. Pedaqoji fəaliyyəti dövründə yerli və xarici şagirdlərə dil və ədəbiyyatın fərqli beynəlxalq proqramlarla tədrisi ilə məşğul olmuş, inteqrativ dərslərin təşkili üzrə koordinatorluq etmişdir. Peşəkar inkişafla bağlı bir çox beynəlxalq konfranslarda iştirak etmiş, təlimlərə qoşulmuşdur.

Təhsili

1. Azərbaycan dili və ədəbiyyat - Bakı Dövlət Universiteti 2002 - 2007 Bakalavr
2. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası - Sumqayıt Dövlət Universiteti 2009 - 2010 Magistr
3. Ədəbiyyatının tədrisi metodikası - Azərbaycan Respublikası Təhsil İnstitutu 2019 - Doktorantura

İş təcrübəsi

1. Azərbaycan dili və ədəbiyyat müəllimi - Çağ Öyrətim İşlətmələri 2006 - 2013
2. Azərbaycan dili və ədəbiyyat müəllimi, koordinator - Avropa Azərbaycan Məktəbi 2015 - 2021
3. Dillər üzrə metodist - Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2021 -

Nailiyyətlər