Mentorluq nədir?

Hər hansı ixtisas, peşə və ya sənətdə peşəkar  insanın bu sahəyə marağı olan təcrübəsiz insanlarla şəxsi təcrübələrini paylaşması  mentorluq adlanır.
Mentor ona müraciət edən şəxsə seçim etmək istədiyi ixtisas üzrə gələcəkdə onu gözləyən çətinlikləri daha rahat şəkildə aşmasına dəstək olur və yol göstərir.
İxtisas.az saytı abituriyentlər üçün ödənişsiz mentorluq xidməti təklif edir. İxtisaslar üzrə  saytımızdakı məqalələr və YouTube kanalımızdakı videomüsahibələrlə tanış olduqdan sonra  sizin üçün qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün  mentorluq xidmətimizdən istifadə edə bilərsiniz.
Mentorluq xidmətindən istifadə qaydası:
Saytın mentorluq bölməsinə daxil olub, x-ixtisası üzrə mentor seçilir, mentorun profilindən əlaqə vasitəsini götürərək, “ixtisas.az”  tərəfindən yönləndirildiyinizi qeyd edib,əlaqə saxlayırsınız.

Mentor ol