Mentorluq nədir?

Hər hansı ixtisas, peşə və ya sənətdə peşəkar  insanın bu sahəyə marağı olan təcrübəsiz insanlarla şəxsi təcrübələrini paylaşması  mentorluq adlanır.
Mentor ona müraciət edən şəxsə seçim etmək istədiyi ixtisas üzrə gələcəkdə onu gözləyən çətinlikləri daha rahat şəkildə aşmasına dəstək olur və yol göstərir.
İxtisaslar üzrə  saytımızdakı məqalələr və YouTube kanalımızdakı videomüsahibələrlə tanış olduqdan sonra  sizin üçün qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün  mentorluq xidmətimizdən istifadə edə bilərsiniz.
Mentorluq xidmətindən istifadə qaydası:

Saytın mentorluq bölməsinə daxil olunur, müəyyən ixtisas üzrə mentor seçilir, daha sonra form doldurulur. Bundan sonra komandamız müraciətçi ilə  əlaqə saxlayaraq xidmətlə bağlı məlumat verir və uyğun mentora yönləndirir.

Qeyd: Xidmətdən istifadə ödənişlidir.

Mentor ol