Meşəçilik

Meşəçilik

Meşəçilik

İxtisasın  təsviri 

    Meşə planetdə və cəmiyyətin həyatında mühüm ekoloji, iqdisadi və sosial əhəmiyyət kəsb edir. Meşəçilik ixtisası üzrə tədris proqramı özündə meşəçilik nəzəriyyəsini, meşə quruluşunu, bitkilərin çoxalmasının və genetikasının tədqiq olunmasını əks etdirir. Proqram çərçivəsində tələbələr təbiət hadisələrinin meşə həyatında rolu, kimya sahəsində əldə edilmiş nailiyyətlərin meşəçilikdə istifadəsi, meşə yetişdirmədə və meşələrin mühafizəsində pestisidlərdən istifadə qaydaları, ali bitkilərin anatomiyası, morfologiyası və sistematikası, meşəçilikdə və meşəsalmada iqlim potensialının nəzərə alınması, meşə təsərrüfatının təşkili və idarə olunması haqqında ətraflı biliklər əldə edirlər. Tələbələrə eyni zamanda planlama işləri, çöl materiallarının hesablanması və planın tərtibi yolları, ağac və kol bitkilərində baş verən fizioloji və biokimyəvi proseslərin mahiyyəti, meşə heyvanlarının biologiyası, ekologiyası və təsərrüfat əhəmiyyəti, meşə bitkilərinin xəstəlik törədiciləri və zərərvericiləri, onlara qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi, meşə əmələgətirən ağac cinslərinin meşəçilik xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrədilir. Biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğun sahədir.

İxtisasın tarixi 

   Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU) 1948-1956-cı illərdə meşə təsərrüfatı ixtisası üzrə kadrlar hazırlanmışdır. Bu müddətdə institutu 449 nəfər meşə təsərrüfatı mütəxəssisi bitirmişdir. Respublikada meşəçi və ekoloq mütəxəssislərə olan zəruri tələbat nəzərə alınaraq 1990-cı ildə professor Vahid Quliyevin təşəbbüsü və səyi nəticəsində “Ekologiya və meşəçilik” kafedrası yaradılmışdır. Kafedraya yarandığı gündən 2010-cu ilin iyul ayın 15-ə kimi prof. V. Quliyev rəhbərlik etmişdir. Universitetin 02.10.2007-ci il 421 saylı əmrinə əsasən “Ekologiya və meşəçilik kafedrasına” akademik Həsən Əliyevin adı verilmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  • ➝ İxtisas sahibinin nə işlə məşğul olması onun hər hansı bir Meşə Mühafizəsi və Bərpası Müəssəsində (MMBM) hansı vəzifədə çalışmasından asılıdır.
  • ➝ Meşə quruluşu obyekti ərazisində meşə fondu torpaqlarının hüdudlarının katiqoriyalar üzrə tərkibinin və təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi
  • ➝ Gedodeziya-topoqrafik işlərin aparılması(meşə çəkilməsi və ya planlama işləri) və plan-kartoqrafik materialların tərtib olunması
  • ➝ Meşələrin yayılmasının növ tərkibini , yaş quruluşunu, oduncaq ehtiyatını müəyyən etməklə meşələrin invetarlaşdırılması
  • ➝ Meşələrin bərpa və aralıq istifadə üçün qırılmasını, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən sahələrinin aşkara çıxarılması habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi.
  • ➝ Meşələrin qoruyucu katiqoriyalara aid edilməsi və bir qoruyucu katiqoriyadan digərinə keçirilməsi meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara , qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi
  • ➝ Hesablanmış meşəqırma fondunun aralıq istifadəsi üçün qırma həcminin müəyyən edilməsi
  • ➝ Meşəbərpa ,meşəsalma,meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşəçilik-təsərrüfat tədbirlərinin həcminin müəyyən edilməsi.
  • ➝Meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə məhsulu tədarükü miqdarının, meşə fondundan rekreasiya, turizm və loqistika məqsədləri üçün istifadəsinin müəyyən edilməsi.
  • ➝ Meşə-bioloji meşə-patoloji müayinələrin aparılması
  • ➝ Meşə quruluşu layihələrinin həyata keçirilməsinə nəzarət
  • ➝ Ən əsası, meşə sahələrinin ekoloji tarazlığı qorumaq və kəsilmədən bir ölkənin iqtisadi dəyərinə ən yaxşı töhfəni təmin edən bir şəkildə fəaliyyət göstərməsini təmin etmək.
  • ➝ Brakonyerlərə qarşı mübarizə;
  • ➝ Meşə yanğınları və meşə istifadəsi pozuntuları ilə əlaqədar məhkəmədə təmsil olunma.
  • ➝ Meşədən istifadə ilə bağlı qanun pozuntularına dair aktların tərtib edilməsi;
  • ➝ Ağac emalının təşkili, tullantıların idarə olunması;
  • ➝ Meşə toxumu işinin təmin edilməsi;

Harada bu ixtisasa sahiblənmək olar 

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar 

  • ➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
  • ➝ Elmi-tədqiqat institutları,
  • ➝ Meşə ehtiyatları ilə bağlı müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrdə
  • ➝ Meşə Mühafizəsi və Bərpası Müəssəsində (MMBM) hansısa vəzifədə

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar 

  • ➝ Coğrafiyanı və biologiyanı yaxşı bilmə
  • ➝ Bitkilərlə bağlı yetəri qədər bilik
  • ➝ Dünya və Azərbaycan meşələri haqqında bilikli olmaq
  • ➝ Dözümlülük və zəhmətkeşlik;
  • ➝ Əl alətlərinin köməyi fiziki fəaliyyətə hazırlıqlı olmaq;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Yaxşı vizual yaddaş;
  • ➝ Yaxşı müşahidə qabiliyyəti;
  • ➝ Ərazi üzrəində naviqasiya bacarığı;
  • ➝ Təbiətə sevgi və məsuliyyət;
  • ➝ Təşkilati və idarəetmə bacarıqları;
  • ➝ Mühəndislik bacarıqları;
  • ➝ Estetik zövq;
  • ➝ Təşəbbüskar;
  • ➝ Məsulliyətli olmaq;
  • ➝ Bacarıqlılıq;
  • ➝ Səbirli olmaq;

İxtisasın gələcəyi 

   Meşə dedikdə sadəcə meşə deyərək ötüb keçmək olmaz çünki meşə daha çox lazım olan təbii sərvətdir. Bizim üçün oksigeni suyu havanı, torpağı, hər şeyin tənzimləyicisi meşədir. Əgər meşə sahələri olmasa, Azərbaycanda daha çox sürüşmələr olar, quraqlıq olar. Çünki meşə suyu havanı tənzimləyir. Hava atmosferi tənzimləyir. Buda bizdən asılıdır, yəni sahənin gələcəyi əgər bizlər hər birimiz bu sahəyə maraq göstərsə, bu sahənin gələcəyi dahada parlaq olar. Yox əgər meşədir deyib keçsək, bu sahənin gələcəyi olmaz. Dünya belə məhv olub gedər.