Məşqçilik ixtisası

Məşqçilik ixtisası

Məşqçilik ixtisası

İxtisasın  təsviri

    Bu peşə sahibləri şəxsi və peşə potensiallarını maksimum dərəcədə artırmağa ruhlandıran düşündürücü və yaradıcı bir prosesdə müştərilərlə tərəfdaşlıq edir. Məşqçiliyin əsas məqsədi insanlara yaxşılaşdırmaq istədikləri bir şeyi yaxşılaşdırmaqda kömək etməkdir”. Sahə “fəaliyyət yönümlü sahə ” kimi xarakterizə olunur və məqsədi fərdlərə kömək etməkdir. Bu sahədə çalışan müxətəssislərin öz ixtisaslarnı nəzəri və metodiki cəhətdən dərindən bilmələri vacibdir. Çünki bu sahədə ilkin və sonrakı nəticələri müqayisə edilir və alınan (inkişaf yolundakı) nəticələr açıqca İdman sahəsi üzrə məşqçilər məşğul olduqları sahə üzrə müəyyən təhsil və idman naliyyətləri qazanmış şəxslərdən formalaşmaqdadır.

İxtisasın  tarixi

  Azərbaycanda 1930-cu  ildə Zaqafqaziya formal universteti yaradıldı və sonradan adı dəyişdirilərək AzDBTİA oldu. Azərbaycan müstəqilik dövründən sonra Akademiyanın fəaliyyəti sayəsində idmanın müxtəlif sahələri inkişaf etməy başladı və müstəqil ölkə olaraq 1996-cı ildə Atlantada idmançılarımız olimpiya oyunlarında iştirak etdilər.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Çalışdıqları sektorun ilk öncə daxili nizam intizam qaydasına əməl etmək;
  • ➝ Qarşıya qolan məqsədləri işləyib hazırlamaq;
  • ➝ Alınan nəticələri qeyd etmək;
  • ➝ Nəticələri müqayisə etmək;
  • ➝ Yekun hesabatın hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝Təhlükəsizlik orqanlarında (ad şərti);
  • ➝ Dövlət quluğu sektorunda (ad şərti);
  • ➝ İdman mərkəzlərində;
  • ➝ İdman cəmiyyətlərində;
  • ➝ İdman kulublarında;
  • ➝ İdman mərkəzlərində;
  • ➝ Ümumtəhsil məktəblərində;
  • ➝ Dövlət və qeyri-dövlət idman birliklərində;
  • ➝ Özəl idman müəssisələrində;
  • ➝ İdman təmayüllü məktəblərdə.
  • ➝ Məşqçilik ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq fiziki tərbiyə fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Bu sahədə əsas iş insan orqanizmi üzərində aparlır və ona görə mütəxəssislərin savadlı olması vacibdir;
  • ➝ İnsan orqanizmi haqında dolğun məlumatlara sahib olmaq;
  • ➝ İnsan orqanizmində baş verən proseslər(dəyşilikləri ,inkişafı) dərindən bilmək;
  • ➝ Fiziki hərəkətlərin insan orqanizminə göstərəcyi təsirləri yaxşı bilmək;
  • ➝ Hərəkətlər zamanı təhlükəsizlik davranış qaydalarını bilmək;
  • ➝ İnsan psixologiyası və fiziologiyası barədə biliklər

İxtisasın gələcəyi

 Ölkəmiz idman sahəsində bir çox beynəlxalq yarışlara ev sahibliyi edir və bu sahənin inkişafına xüsusi qayğı göstərir, bu sahənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət gələcəkdə daha böyük uğurlar qazanmaq üçün önəmli rol oynayır. Azərbaycanın beynəlxalq idman təşkilatları tərəfindən idman ölkəsi kimi tanındığı bir vaxtda bu sahə üzrə yüksək ixtisaslı kadrlara böyük tələbat vardır. Bu sahənin gələcəyi ilə bağlı daha ətraflə məlumat üçün  2015 -2024 cü il idman konsepsiyasına nəzər yetirə bilərsiz.

Əmək haqqı

 Bu sahə üzrə orta aylıq  əməkhaqqı fəaliyət sahəsindən aslı olaraq 600 AZN  civarındadır.