Müəssisənin iqtisadiyyatı

Müəssisənin iqtisadiyyatı

Müəssisənin iqtisadiyyatı

İxtisasın təsviri

  Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərrüfat vahididir. Müəssisənin iqtisadiyyatı - Sənaye müəssisələrin baş verən hadisə və proseslərin düzgün qiymətləndirilməsində, elmi cəhətdən əsaslandırılmış idarəetmə qərarlarının işlənib hazırlanmasında, istehsalın inkişafının məqsəd və strategiyasının müəyyənləşdirilməsində düzgün metodlarının seçilməsinə kömək edir.  Hər hansı bir prosesin (əməliyyatın) və ya hadisənin tədqiqi və təhlili müəyyən qayda və metodlara əsaslanır. Müəssisənin iqtisadiyyatı müəssisənin iqtisadi məsələlərinin öyrənilməsinə, iqtisadi göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial inkişaf dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan verir.  Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsələlərinin təhlilində riyazi metodlar, təsviri qrafika metodlarından da geniş istifadə olunur. Bu metodlar – konkret iqtisadi situasiyadan asılı olaraq, ayrı-ayrı iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymətləndirilməsinə imkan yaradır.


 İxtisasın gələcəyi

  Müasir dövrdə ölkəmizdə yeni bizneslərin yaranması, həmçinin bazarda rəqabət mühitinin kəskinləşməsi firmaların bazarda daha dayanıqlı, tanınması üçün müəssisələr, firmalar ixtisaslı SM-lar axtarırlar. Bu şəxs müəssisənin iqtisadi məsələlərinin öyrənilməsinə, iqtisadi göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial inkişaf dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər təsərrüfat subyektləri ilə müqayisə edərək, müəssisəni xarici  təhlükələrdən qoruyur. Nəticədə müəssisə və ya firma bazarda daha uzunömürlü qala bilir. Buna görə də bu sahədə ixtisaslı kadrlara ehtiyac duyulduğu üçün ixtisası perspektivli hesab etmək olar.


 Universitet

→ Azərbaycan Texniki Universiteti