Nəqliyyat tikintisi mühəndisliyi - Avtomobil yolları və aerodromların tikintisi

Nəqliyyat tikintisi mühəndisliyi - Avtomobil yolları və aerodromların tikintisi

Nəqliyyat tikintisi mühəndisliyi - Avtomobil yolları və aerodromların tikintisi

İxtisasın təsviri

  Nəqliyyat tikintisi mühəndisliyi bütün növ nəqliyyat vasitələri üçün (quru, hava, su) piyada yolları, keçidləri, həmçinin logistik məqsədlər üçün nəqliyyat xidmətləri ilə əlaqədar layihələrin hazırlanması, həyata keçirilməsi və yenidən qurulması sahəsi üzrə bilik və bacarıqlar verən mühəndislik sahəsidir. Nəqliyyat tikintisi mühəndisliyi ixtisasının “Avtomobil yolları və aerodromların tikintisi” üzrə ixtisaslaşma proqramının əsasını nəqliyyat qurğularının avtomatlaşdırılmış layihələndirilməsi,mürəkkəb şəraitdə avtomobil yollarının layihələndirilməsi, nəqliyyat yolları və qurğuların rekonstruksiyası kimi fənlər təşkil edir.

İxtisasın gələcəyi

  Nəqliyyat xidməti cəmiyyətin ən vacib ehtiyaclarından biridir.Bu səbəbdən əmək bazarında nəqliyyat mühəndislərinə olan tələbat  daha da artırmaqdadır və bu artımın önümüzdəki illərdə də davam etməsi gözlənilir. Lakin nəqliyyat tikintisi mühəndislərindən ən son texnoloji inkişafları və qanunvericilik tənzimləmə bazasının dəyişikliklərini nəzərə alaraq, daima öz bacarıqlarını  inkişaf etdimələri tələb olunur. Bütün bunları nəzərə alaraq ixtisaslaşmanı öz bilik və bacarıqlarını dövrün tələblərinə uyğunlaşdırmağı bacaran kadrlar üçün perspektivli sahələrdən biri hesab etmək olar.

Universitet

→ Azərbaycan Memarlıq və İnşaat Universiteti