Nəqliyyat tikintisi mühəndisliyi - Körpülər və nəqliyyat qurğularının tikintisi

Nəqliyyat tikintisi mühəndisliyi - Körpülər və nəqliyyat qurğularının tikintisi

Nəqliyyat tikintisi mühəndisliyi - Körpülər və nəqliyyat qurğularının tikintisi

İxtisasın təsviri

  Nəqliyyat xidməti cəmiyyətin ən vacib ehtiyaclarından biridir. Nəqliyyat tikintisi mühəndisliyi bütün növ nəqliyyat vasitələri üçün (quru, hava, su) piyada yolları, keçidləri, həmçinin logistik məqsədlər üçün nəqliyyat xidmətləri ilə əlaqədar layihələrin hazırlanması, həyata keçirilməsi və yenidən qurulması sahəsi üzrə bilik və bacarıqlar verən mühəndislik sahəsidir. “Körpü və nəqliyyat qurğularının tikintisi” üzrə magistr proqramının əsasını nəqliyyat qurğularının avtomatlaşdırılmış layihələndirilməsi, körpü konstruksiyalarının layihələndirilməsi,nəqliyyat yolları və qurğuların müayinəsi və qiymətləndirilməsi  kimi fənnlər təşkil edir.

İxtisasın gələcəyi

  Nəqliyyat müasir dövrdə ayrıca mühəndislik sənayesi halına gəlməkdədir.Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan bu irəliləyişlər eyni zamanda əmək bazarında nəqliyyat mühəndislərinə olan tələbatı daha da artırmaqdadır və bu artımın önümüzdəki illərdə də davam etməsi gözlənilir. Lakin nəqliyyat tikintisi mühəndislərindən ən son texnoloji inkişafları və qanunvericilik tənzimləmə bazasının dəyişikliklərini nəzərə alaraq, daima öz bacarıqlarını  inkişaf etdimələri tələb olunur. Bütün bunları nəzərə alaraq ixtisaslaşmanı öz bilik və bacarıqlarını dövrün tələblərinə uyğunlaşdırmağə bacaran kadrlar üçün perspektivli sahələrdən biri hesab etmək olar.

  Universitet

→ Azərbaycan Memarlıq və İnşaat Universiteti