Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə)

Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə)

Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə)

İxtisasın  təsviri

   Nəqliyyatda servis ixtisası tələbələrə sərnişin və yükdaşıma nəqliyyatının xidmət fəaliyyətini öyrədir. Bura ictimai nəqliyyatın intellektual idarəedilməsi, hava limanlarının, avtovağzallarının, dəmiryollarının və ölkənin ümumi nəqliyyat sisteminin idarəçiliyi daxildir. Nəqliyyat sektoru turizmin əsas hərəkətverici sahəsidir.

İxtisasın  tarixi

   Nəqliyyat servisi yeni yaranmış bir ixtisasdır. Hal-hazırda dünyada və ölkəmizdə nəqliyyat sahəsinin inkişafı bu ixtisası daha da perspektivli edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Beynəlxalq yükdaşımalara nəzarət
  • ➝ Avtovağzallarda, dəmiryol stansiyalarında, hava limanlarında hərəkətə nəzarət
  • ➝ Ümumi olaraq hər növ nəqliyyatın idarə edilməsi
  • ➝ Nəqliyyatda təhlükəsizlik məsələrini bilməli və qeydə almalı
  • ➝ Yolların nizamlılığın tənzimləməsinə nəzarət etməli
  • ➝ Nəqliyyat sistemlərinin idarəsinə baxmalı
  • ➝ Nəqliyyatın iqtisadiyyatına, infrastrukturuna diqqət etməli
  • ➝ Nəqliyyatın modelləşməsi,nəqliyyat sistemlərinin istismarı
  • ➝ Nəqliyyat vasitələrinin növünün seçilməsi
  • ➝ Nəqliyyat növünün seçilməsi

Harada bu ixtisasa sahiblənmək olar? 

  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Bakı Nəqliyyat Agentliyində
  • ➝ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində
  • ➝ Azərbaycan Avtomobil Yollarında
  • ➝ Dövlət Yol Polisində
  • ➝ Avtomobil Yolları Dövlət Agentliyində
  • ➝ Mərkəzi avtovağzallarda
  • ➝ Bakı Beynəlxalq Avtovağzal kompleksində
  • ➝ Logistik nəqliyyatda
  • ➝ Dövlət Gömrük Komitəsində

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar(kompetensiyalar)

  • ➝ Menecment, riyaziyyat, logistika fənlərini dərindən bilməli;
  • ➝ Ünsiyyətcil olmalı
  • ➝ İdarəetmə bacarığı olmalı
  • ➝ Səbirli
  • ➝ Məsuliyyətli
  • ➝ Çalışqan
  • ➝ Nəzarət bacarığı
  • ➝ Kompüter bilikləri olmalı (ofis proqramları)
  • ➝ Dil biliyi (rus və ingilis)
  • ➝ Netcard, Autocad Civil, archica, 3D, Microstation proqramlarını bilməli

İxtisasın gələcəyi

  Nəqliyyat sahəsi “Turizm” sektoruna böyük təsir edir. Nəzərə alsaq ki, hazırda dünyada və ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir və burada “Nəqliyyat” sahəsinə böyük ehtiyac duyulacaqdır. Bu baxımdan ixtisasın gələcəyi perspektivlidir.

Əmək haqqı

  Dövlət və özəl sektordan, iş yerindən asılı olaraq əmək haqqı 300-1500 AZN arası dəyişir.