Abituriyentlər üçün şad xəbər! Peşə təmayüllü siniflərin sayı artırılır.

Abituriyentlər üçün şad xəbər! Peşə təmayüllü siniflərin sayı artırılır.

Abituriyentlər üçün şad xəbər! Peşə təmayüllü siniflərin sayı artırılır.

2023-2024-cü tədris ilindən peşə təmayüllü siniflərin əhatə dairəsi genişləndiriləcək. Belə ki, növbəti tədris ilindən 114 yeni məktəbdə peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulur. Bununla da peşə təmayüllü siniflərin sayı 230-a çatmaqla ümumilikdə 194 məktəbdə 3500-dən çox şagirdi əhatə edəcək.

 

Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, 2026-cı ilədək peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15 faizə çatdırılması planlaşdırılıb.

 

Qeyd edək ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi də layihənin məqsədlərindəndir.

 

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Şagirdlərin səriştəliliyinin artırılması məqsədilə əsas səriştələr fənni və STEAM dərsləri də tədris edilir.

 

Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilindən həyata keçirilir.