DMA "Karyera məsləhətçilərinin təkmilləşdirilməsi" proqramına start verib.
Dövlət Məşğullluq Agentliyinin Mərkəzi Karyera filialının təşəbbüsü ilə "Karyera məsləhətçilərinin təkmilləşdirilməsi" (KMT) proqramı ali və peşə təhsili müəssisələrində karyera məsləhəti xidmətini həyata keçirən əməkdaşlar üçün nəzərdə tutulub. Vebinar formatında həyata keçirilən proqram 8 mövzunu əhatə edəcək.
Vebinarın ilk günündə DMA-nın Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlının təqdimatında karyera məsləhətçiləri ilə görüş keçirilib.
Proqramın məqsədi ali və peşə təhsili müəssisələrinin əməkdaşlarının karyera planlaması biliklərini təkmilləşdirmək, əməkdaşlar arasında netvörkinq və təcrübə mübadiləsinin inkişafına dəstək olmaqdır.