Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başlayıb.

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başlayıb.

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat  8 dekabr saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat  imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün http://dim.gov.az/news/7408/ linkinə daxil ola bilərsiniz.

Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)