İnformatika fənni 2023/2024-cü tədris ilindən etibarən I ixtisas qrupunda olacaq.

İnformatika fənni 2023/2024-cü tədris ilindən etibarən I ixtisas qrupunda olacaq.

İnformatika fənni 2023/2024-cü tədris ilindən etibarən I ixtisas qrupunda olacaq.

2023-cü ildə keçiriləcək qəbul imtahanı çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər. Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər.Beləliklə, abituriyentlərali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Ətraflı: http://dim.gov.az/news/7345/

Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)