İnsan resursları mərkəzinin yeni “Çağrı xidməti” istifadəyə verilib.

İnsan resursları mərkəzinin yeni “Çağrı xidməti” istifadəyə verilib.

İnsan resursları mərkəzinin yeni “Çağrı xidməti” istifadəyə verilib.

Vətəndaşlara daha operativ və keyfiyyətli xidmət göstərilməsi üçün İnsan resursları mərkəzinin yeni “Çağrı xidməti” (146-5) istifadəyə verilib. Mərkəzlə əlaqə saxlamaq üçün vətəndaşlar Təhsil Nazirliyinin 146 nömrəsinə zəng edərək müvafiq dil seçdikdən sonra 5 düyməsini sıxmalıdırlar.

“Çağrı xidməti” vasitəsilə vətəndaşlar İnsan resursları mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun sual və müraciətlərini ünvanlaya, ətraflı məlumat əldə edə bilərlər:

Qeyd edək ki, Mərkəzin “Çağrı xidməti” həftəiçi beş gün (bazar ertəsi – cümə günləri) saat 09:00-dan 18:00-dək xidmət göstərəcək. Vətəndaşların müraciətləri artıq 012 430 52 78 nömrəsi vasitəsi ilə deyil, 146-5 xətti vasitəsi ilə qəbul olunacaq.

Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi