İxtisas.az layihəsi tərəfindən "Bilik Yarışı" keçiriləcək.

İxtisas.az layihəsi tərəfindən

İxtisas.az layihəsi tərəfindən "Bilik Yarışı" keçiriləcək.

Öz biliyinizə güvənirsiniz?

Cavabınız "Hə"dirsə, sizi "ixtisas.az", İnkAcademy və "Bookzone"un birgə əməkdaşlığı çərçivəsində keçiriləcək "Bilik yarışı"nda gözləyirik! 

22 yanvar, saat 12:00-da baş tutacaq yarış canlı formada "Bookzone" kitab evində baş tutacaq. 

Yarış zamanı hər biri 4 nəfərdən ibarət olan 2 komanda 3 raund ərzində fənlər və dünyagörüşü ilə bağlı suallara cavab verəcəklər.

Qalib komandalar bizdən hədiyyə də qazanacaq! 


1-ci yer - Sertifikat; İnkAcademydən İngilis dili dərslərinə 50% endirim kuponu;
2-ci yer - sertifikat; İnkAcademydən İngilis dili dərslərinə 25% endirim kuponu.

Qeyd! Yarışda yalnız 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Siz də yarışa qoşulmaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin! 

Qeydiyyat linki:  https://docs.google.com/forms/d/1-Z8ITlmvahX8DGYnEIavGB383x-MgJAoemY0sjF9MOA/edit

Qeydiyyatdan keçmək üçün son tarix: 21 yanvar, saat 23:59. 

Birlikdə iştirak etmək istədiyiniz dostlarınızla xəbəri bölüşməyi unutmayın!