İxtisas.az layihəsi tərəfindən "Mentor təlimi"nə start verilir.

İxtisas.az layihəsi tərəfindən

İxtisas.az layihəsi tərəfindən "Mentor təlimi"nə start verilir.

İxtisasların çətin və asan yönləri nələrdir? 

Gəlin sualın cavabını işin peşəkarlarından öyrənək! 

Yanvar ayından etibarən ixtisas.az və Gənclərin İnkişaf və Karyera mərkəzinin birgə əməkdaşlığı çərçivəsində baş tutacaq "Mentor təlimi"mizə başlayırıq! 

Təlimlər boyu abituriyentlər ixtisaslarla yaxından tanış olacaq, mentorlarımızla birgə ixtisasların hazırkı və gələcək fəaliyyət istiqamətlərini müzakirə edərək bir çox mühüm məsələlər ilə bağlı ətraflı məlumat əldə edəcəklər. 

Təlimimizdə çıxış edəcək ilk mentorumuz Aysel Azad 15 yanvar, saat 14:00-da "Sosial Medianın jurnalistikada rolu" mövzusuna toxunacaq. 

- Təhsili: 
▪︎Azərbaycan Dillər Universiteti - Jurnalistika (bakalavr dərəcəsi). 

ADU Poliqlot qəzetində korrektor və Aztv kanalında müxbir kimi çalışan Aysel xanım hazırda Teleqraf Media Qrupda müxbir vəzifəsini icra edir. 

Qeyd! Təlim iştirakçıları müsahibə əsasında seçiləcək və yerlər məhduddur! 

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScfNzdIFsJrLVIljPpiEj19S-BdwhqrYnBuEpglHxl-UMNluQ/viewform

⏰ Son qeydiyyat tarixi: 14 yanvar, 23:59. 

Jurnalistika ilə maraqlanan dostlarınızı təlim ilə bağlı xəbərdar edə bilərsiniz.