"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi səməni müsabiqəsi elan edir!

"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi səməni müsabiqəsi elan edir!

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi üzrə bütün siniflər üçün səməni müsabiqəsi elan edirik!
 
Şərtlər isə çox sadədir:
 
1. Müsabiqədə bütün peşə sinifləri ayrı- ayrılıqda iştirak edə bilər.
2. Qalib sinif ən kreativ səməni cücərdən sinif seçiləcək.
3. Hazırlanmış işlər məktəbin adı və sinfin adı qeyd edilməklə 12.03.2023 tarixinədək JPG formatda Facebook-da postun şərh bölməsinə göndərilməlidir.
 
Qeyd: Hazır səməninin fotosunu müəllif hüquqları baxımından həm tək həm də sinif şagirdləri ilə birlikdə çəkilmiş formada (2 şəkil) göndərilməlidir. Ötən illərdə çəkilmiş şəkillər qəbul edilməyəcək.
 
Mənbə: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi