Təhsil Nazirliyi "Təhsil Tələbə Krediti" ilə bağlı yeni qərarları açıqladı.

Təhsil Nazirliyi

Təhsil Nazirliyi "Təhsil Tələbə Krediti" ilə bağlı yeni qərarları açıqladı.

Təhsil tələbə krediti sisteminin istifadəyə verilməsi təhsilə olan qayğının göstəricisidir.

Bu kredit bütün ölkələrdə uzunmüddətli kreditdir və aşağı faizlərlə verilir. Təhsil tələbə kreditləri banklar vasitəsilə verilir və birbaşa tələbəyə verilmir, onun təhsil aldığı müəssisənin hesabına köçürülür.

Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər.

Təhsil Nazirliyi bildirib ki, standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək.

O cümlədən yeni qərara əsasən Azərbaycanda təhsil alan əcnəbilərə tələbə krediti verilməyəcək.

Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi