"Tələbəlik mifləri 101" adlı möhtəşəm təlimlə qarşınızdayıq!

"Tələbəlik mifləri 101" adlı möhtəşəm təlimlə qarşınızdayıq!

Miflərə son qoymağa gəlirik! 

Tələbə adı qazandıqdan sonra, yəqin ki, bir çoxunuz atıldığınız yeni macəra ilə bağlı fərqli miflər eşitmisiniz. 

"Day-dayın yoxdur? Onda oxusan da, çətin ki iş tapasan"

"Çətini universitetə girənə kimidir" və s. 

"Tələbəlik mifləri 101" layihəmizdə biz sizi motivasiyadan salan bu ifadələrə qarşı hazırlayacaq, tələbəlik həyatı haqqında tövsiyələrlə doğru istiqaməti tapmağınıza və daha sağlam bünövrə qoymağınıza kömək edəcəyik. 

3 gün boyunca müzakirə olunacaq mövzular:
▪︎"Universitetə girəndən sonra hər şey düzələcək?"
▪︎"Dərslərdən başqa heç nəyə vaxt ayırmaq lazım deyil ya dərslərin başını buraxmaq lazımdır?";
▪︎"Day-dayın yoxdursa, boş-boşuna oxuma" mifi;
▪︎"Əsas imtahanı keçməkdir, imtahanı keçdin, bəsdir" mifi;
▪︎"Mütləq öz ixtisasın üzrə işləmək lazımdır" mifi;
▪︎"Xaricdə təhsil info-sessiyası"
▪︎"İş dünyasında tələb olunan bacarıqlar və onları necə inkişaf etdirməli?"

Təlimlərdən əlavə praktiki tapşırıqlar, fasilələr olacaq ki, bunlar da sizə öyrəndiklərinizi tətbiq etməkdə və netvörkinqinizi gücləndirməkdə dəstək olacaq. 
 
Tarix: 12,13,14 sentyabr, saat aralığı:  10:00 - 15:00

Son qeydiyyat tarixi: 11 sentyabr, 22:00

Qeyd! Layihə ödənişli şəkildə I və II kurs tələbələri üçün nəzərdə tutulmuşdur və yerlər limitlidir.

 

Qeydiyyat ilə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Məkanla bağlı yaxın günlərdə elan paylaşılacaq, odur ki, bizi izləmədə qalın.

 

Təşkilatçı: İxtisas.az