Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.  2022-ci il ərzində həyata keçiriləcək sənəd qəbulunun tarixləri aşağıdakı kimidir: 
 
I sənəd qəbulu: Fevral - aprel;
 
II sənəd qəbulu: İyul - sentyabr.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. 

Maraqlananlar tələb olunan sənədlərlə link vasitəsilə tanış ola bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron ünvanına müraciət etmək mümkündür. 

Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi