İxtisas bələdçisi

İxtisas bələdçisi

İxtisas bələdçisi

Məqsəd: ● Əmək bazarının cari vəziyyəti, peşələr, ixtisaslar və peşə seçimi haqqında məlumatlandırma;
                ● Düzgün ixtisas seçiminə dəstək göstərilməsi.


Hədəf kütləsi: Şagird, abituriyent və valideynlər


Mövzu və spikerlər:
Toğrul Ələkbər- “ Peşəni de, deyim kimsən?”- 16 avqust 19.30
Toğrul bəy Dövlət Məşğulluq Agentliyinin Peşəyönümü şöbəsinin müdiri olan Toğrul bəy 10 ildən artıqdır ki, gənclərlə iş sektorunda təlimçi, mentor və kouç olaraq fəaliyyət göstərməkdədir. 

"ixtisas.az" layihəsi və "Career Guide" şirkətinin rəhbəri olmaqla yanaşı həm də "ABŞ Təhsilli Azərbaycan Məzunları" İB-nin sədri, xaricdə təhsil mövzusuna həsr edilmiş ən aktiv təhsil qrupları olan "Çörək Almaq Adıyla Çıxanlar" və "Xaricdə Çörək" qruplarının qurucusudur.

                                                        
Rasim Abdullayev- “Niyə məhz İT mütəxəssisi?”- 18 avqust 19:30
Rasim bəyin Təhsili: 
• Azərbaycan Texniki Universiteti (bakalavr) – Avtomatika və Hesablama Texnikası;
• Azərbaycan Texniki Universiteti (magistr) – Avtomatika və Hesablama Texnikası.

Rasim bəy hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetin müəllimi; İsrail-Azərbaycan Təlim Mərkəzinin baş meneceri vəzifələrini icra edir.

                                                       
Könül Əliyeva- “Məktəbi bitirdim, kim olmaq istəyirəm?”- 20 avqust 19.30
Könül Əliyeva Azərsun Holdingin  Kateqoriya və Marketinq Direktoru olan Könül xanım həmçinin peşəkar kouç olaraq da fəaliyyət göstərir. 

                                                     

Şəhla Mirzəyeva, Rasim Abdullayev, Leyla Həsənova, Zakir Əlizadə- “Son raund”- 27 avqust 20.00- hər 4 ixtisas qrupundan spikerlər iştirak etdi.

 

                                                     

Nəticə: " PASHA  Holding"-in sponsorloğu ilə həyata keçirilən layihədə ortalama 60-90 nəfər iştirakçı oldu. DMA əməkdaşlığı ilə reallaşdı və uğurla tamamlandı.