Yenidən başla

Yenidən başla

Yenidən başla

Məqsəd: Universitetə qəbul ola bilməyən gənclərin qeyri-müəyyənliyə yuvarlanmasının qarşısını almaq, gələcəkdə ixtisaslı kadr ola bilmələri üçün dəstək olmaq.


Hədəf kütləsi: yenidən hazırlaşan abituriyentlər.


Mövzu və spikerlər: 

Leyla Xanəhməd – ‘Uğursuzluq – uğurun memarı’ 4 oktyabr 2021
Leyla xanım Azərbaycan Dövlət Dillər Universitetinə daxil olduqdan sonra, dövlət proqramı ilə İsveçrənin Les Roches Universitetinə bakalavr pilləsinə qəbul olmuşdur.
Hal-hazırda ABŞ – da yaşayır. ‘Black and Caspian’ adlı restoranın sahibi, həmçinin ‘Dillbill’ platformasının sahibkarlarından biridir.

                                                      
Aynur Bünyatova – ‘Həyat davam edir’ 7 oktyabr 2021
Psixologiya üzrə fəlsəfə doktoru olan Aynur xanım Azərbaycan Universiteti və Bakı Dövlət Universitetlərində fəaliyyət göstərir.

                                                       

Ramid Seyfullayev – ‘Bəlkə bir də cəhd edim?’ 9 oktyabr 2021
Uşaq və yeniyetmə psixoloqu olan Ramid bəy Unicefin dəstəyi ilə ‘Fövqəladə hallarda uşaq müdafiəsi’ layihəsində psixoloq və 2016-2017-ci illərdə AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində könüllü psixoloq olaraq çalışmışdır. Gənc Psixoloqlar İçtimai Birliyinin kordinatorudur.

                                                       

Nəticə: Sponsoru  "PASHA  Holding"-in olduğu layihəhə 75 nəfər müraciət etdi. Müsahibə əsasında 35 nəfər layihədə iştirak haqqı qazandı. Layihə online formatda davam etdi.