Psixologiya - pedoqoji psixologiya

Psixologiya - pedoqoji psixologiya

Psixologiya - pedoqoji psixologiya

İxtisasın təsviri:
  Pedoqoji psixologiya fərdlərin təhsil prosesində necə öyrəndiyini, hansı yaşlarda hansı bacarıqları inkişaf etdirməli və bacarıqları dəstəkləmək üçün necə təhsil verilməli olduğunu öyrənir. Əsas məqsədi fərdi öz bacarıqları əsasında ən yüksək səviyyədə yetişdirməkdir. Öyrənmənin gerçəkləşdiyi ən məhsuldar yolları tapmaq, öyrənmədəki çətinlikləri, öyrənmə problemlərini aşkar edərək həll üsulları təklif etmək, öyrədənin bu problemlər zamanı ən doğru dəstəyini müəyyənləşdirmək və onları bu istiqamətdə yaxşılaşdırmaq araşdırmalarının əsas hissəsini təşkil edir. Qısa desək psixologiya elminin təhsil sahəsinə tətbiqidir. Bu sahədə inkişaf etmək üçün inkişaf və öyrənmə psixologiyası, psixoloji ölçmə və qiymətləndirmə, psixoloji xidmət istiqamətlərində kifayət qədər məlumatlı olmaq lazımdır. Çox vaxt təhsil(pedoqoji) psixoloqu ilə məktəb psixolqunu bir-biri ilə qarışdırır, eyni vəzifələri icra etdiyini düşünürlər. Lakin bu belə deyil, təhsil(pedoqoji) psixoloqu daha çox tədqiqat fəaliyyəti ilə məşğul olur, universitetlərdə və ya araşdırma mərkəzlərində çalışır və ümumi öyənmə problemlərini öyrənir. Məktəb psixoloqu isə yanız məktəb, lisey, kurslarda çalışır və tətbiqi fəaliyyətlə məşğuldur. Bu mənada təhsil psixologiyası daha geniş, məktəb psixologiyası isə onun istiqamətlərindən biridir.
 
İxtisasın gələcəyi:
  Psixologiyanın demək olar ki, hər bir sahəsi hazırki dövrdə məşhur və ehtiyac duyulandır.  İxtisasın təsvirində də qeyd edildiyi kimi, təhsil psixoloqu daha geniş fəaliyyət sahəsini əhatə edir ki, buna görə də iş imkanları geniş olan bir sahədir. Pedoqoji psixologiya ixtisası üzrə təhsil alan şəxslər təhsilini bitirdikdən sonra məktəblərdə, təhsil-araşdırma institutlarında, öyrənmə mərkəzlərində, universitetlərdə çalışa bilir. Həm hazırda, həm də gələcək üçün bu sahə üzrə peşəkar şəxslərə ehtiyac var. 
 
Universitetlər:
→Gəncə Dövlət Universiteti