Regionşünaslıq ixtisası (Rusiya üzrə)

Regionşünaslıq ixtisası (Rusiya üzrə)

Regionşünaslıq ixtisası (Rusiya üzrə)

İxtisasın təsviri

     Rusiya üzrə Regionşünaslıq ixtisasında tələbələr rus dilinin öyrənilməsi ilə yanaşı, Rusiyanın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Rusiya ilə bağlı fənlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq Təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənlərinə gəldikdə, buraya Rusiyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Rusiyada gender problemləri, mediası daxildir.

İxtisasın tarixi

    İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı. 

  Bakı Slavyan Universitetində regionşünaslıq ixtisası 1999-cu ildən açılmışdır. Əvvəlcə Rusiyaşünaslıq və Yunanıstanşünaslıq ixtisasları tədris olunmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin tanıdılması üçün ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Slavyan Universiteti
  • → Azərbaycan Dillər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝ “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
  • ➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝ Özəl şirkətlərdə;
  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Yüksək coğrafi, tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝ Rus dilini mükəmməl şəkildə bilmək;
  • ➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝ Tolerantlıq;
  • ➝ Tədqiqat bacarıqları;
  • ➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli: iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

İxtisasın gələcəyi

     Rusiya ilə Azərbaycan iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında müqavilə – hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. 

 Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir və müxtəlif sahələrdə olan sıx əlaqələr və əməkdaşlıqlar günümüzdə də davam edir. Bütün bunları nəzərə alaraq ixtisası perspektivli hesab etmək olar.

Əmək haqqı

   Əməkhaqqı peşə sahibinin harada və hansı vəzifədə çalışmağından asılı olaraq dəyişir. Orta aylıq minimal əmək haqqı isə 350-700 AZN civarındadır.