Riyaziyyat və İnformatika müəllimliyi ixtisası

Riyaziyyat və İnformatika müəllimliyi ixtisası

Riyaziyyat və İnformatika müəllimliyi ixtisası

İxtisasın  təsviri 

   Təhsil alan tələbələr proqramlaşdırmanın əsaslarını, riyazi və kompüter modelləşdirilməsini öyrənir, alqoritmləşdirmə metodları, kompüter qurğuları, Elektron Hesablama Maşınları (EHM) arxitekturası, kombinato, analiz, məlumatların ötürülməsi və saxlanılması, nəzəri proqramlaşdırma kimi informatika ilə bağlı anlayışlar əldə edir. Bundan başqa, tələbələr “Analitik həndəsə”, “Cəbr”, Riyazi analiz”, “Riyazi statistika”, “Ehtimal nəzəriyyəsi”, “Riyazi məntiq” kimi riyazi fənlər üzrə sistemli biliklər qazanır. Həmçinin pedaqogikanın əsasları, psixologiya, informatika və riyaziyyatın tədrisi metodları kimi elmlər dərindən öyrədilir. 

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) riyaziyyat və informatika fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək
  • ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı, dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq
  • ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək
  • ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq
  • ➝ Özünü ləyaqətli aparmaq
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq
  • ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur

Harada bu ixtisasa sahiblənmək olar

  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı, Şamaxı, Şəki, Ağcabədi, Quba filialları)
  • ➝ Bakı Dövlət Universiteti 
  • ➝ Bakı Dövlət Universiteti (Qazax filialı)
  • ➝ Bakı Qızlar Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Naxçıvan Müəllimlər İnstitutu
  • ➝ “Naxçıvan” Universiteti 
  • ➝ Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Dövlət məktəblərdə
  • ➝ Özəl məktəblərdə
  • ➝ Kurslarda-Kaspi, Hədəf, Dərs Evi, Zirvə, Prestij-S, Ulduz, Pillə, Qafqaz, Unikal, Premum-S tədris mərkəzi, Avantaj tədris mərkəzi
  • ➝ Repetitor fəaliyyəti

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Təşkilatçılıq qabiliyyətləri – Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü göstərir.
  • ➝ Didaktik qabiliyyətlər – Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığını seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl  nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak  fəallığını yüksəltmək və s. konkret  bacarıqlar daxildir.
  • ➝ Perspektiv  qabiliyyətlər – Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların  emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə  çıxarmaqda özünü göstərir.
  • ➝ Kommunikativ qabiliyyətlər – Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət  yarada bilməsində özünü göstərir.
  • ➝ Suqqestiv (təlqinedici) qabiliyyətlər – Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən  ibarətdir.
  • ➝ Tədqiqatçılıq qabiliyyətlər – Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  • ➝ Elmi–idrakı qabiliyyətlər – Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
  • ➝ Müəllimdə praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi  ədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların  nəticələrinə görə, didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
  • ➝ İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları. 

İxtisasın gələcəyi

  Bu ixtisasından gələcəyindən söz açsaq, qeyd edə bilərik ki, dünya və cəmiyyət var olduqca müəllimlik peşəsi də var olacaq və onlara daim  ehtiyac duyulacaqdır. Çünki bugünkü və gələcəkdəki ixtisaslı kadrlar müəllimlər tərəfindən yetişdirilir və cəmiyyətimizdə savadlı, peşəkar müəllimlərə ehtiyac var. Eyni zamanda Riyaziyyat və İnformatika elminin günü-gündən inkişafı ixtisasın vacibliyinə, yəni bu sahə üzrə daha çox savadlı müəllimlərin olmasını tələb edir. İnformatika və riyaziyyat elə elmdir ki, bütün yeni texnologiyalar bu fənlərin bilikləri nəticəsində ərsəyə gəlir. 

Əmək haqqı

  Bir stavka dərs yükü 18 saat olmaqla aşağıdakı kimidir. Eyni zamanda müəllimin ali təhsilli və orta ixtisas təhsilli olmasından asılı olaraq da maaşlar dəyişir. Bundan başqa, maaş artımına müəllimlərin pedoqoji stajı da təsir edir.

Ali təhsilli

  • ➝ 3 ilə qədər olduqda 462 manat; 1 saatı-25.67 manat
  • ➝ 3-8 il arası olduqda 495 manat; 1 saatı-27.56 manat
  • ➝ 8-13 il arası olduqda 522 manat; 1 saatı-29.00 manat
  • ➝ 13-18 il arası olduqda 554 manat; 1 saatı-30.75 manat
  • ➝ 18 ildən çox olduqda 594 manat; 1 saatı-33.00 manat

Orta ixtisaslı 

  • ➝ 3 ilə qədər olduqda 422 manat; 1 saatı-23.44 manat  
  • ➝ 3-8 il arası olduqda 443 manat; 1 saatı-24.51 manat
  • ➝ 8-13 il arası olduqda 462 manat; 1 saatı-25.57 manat
  • ➝ 13-18 il arası olduqda 488  manat; 1 saatı-27.11 manat 
  • ➝ 18 ildən çox olduqda 509 manat; 1 saatı- 27.11 manat