Sənaye mühəndisliyi ixtisası

Sənaye mühəndisliyi ixtisası

Sənaye mühəndisliyi ixtisası

İxtisasın təsviri

  Davamlı inkişafın idarəedilməsi ixtisası çox zaman iqtisadiyyatın bir hissəsi kimi bilinir. Lakin bu belə deyil. Davamlı inkişafın idarə edilməsi əslində (İndustrial Engineering) hərfi tərcüməsi sənaye mühəndisliyidir və xaricdə də bu ad altında tanınır. Sənaye mühəndisliyi insan, avadanlıq, bilik, informasiya, enerji, material, zaman və proses kimi qaynaqların ən yüksək səviyyədə istifadə olunması və sənaye işlərində keyfiyyətin artırılması ilə məşğul olan mühəndilsiyin bir sahəsidir. O, həm də priotiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi yeni istehsalın yaradılması və daha da inkişaf etdirilməsi və ya mövcud istehsalın yenidən qurulması və modernləşdirilməsinə yönəlmiş xidmətlər kompleksidir. Mühəndislik bu prosesin yalnız texniki tərəfini deyil, həm də hər bir müəssisənin xüsusiyyətlərini nəzərə alaraq tam hüquqlu strateji planlaşdırmanı nəzərdə tutur. Sənaye mühəndisliyi müəssisənin rifahına nail olmaq üçün ən müasir və effektiv yolların məcmusu hesab edilir.

İxtisasın  tarixi

  Bu ixtisas hələ XX əsrin əvvəllərində Frensis Vilson Telor tərəfindən elmə gətirilib və  müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlanılmışdır. ABŞ-da bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni istiqamətli  ixtisas tədris olunmağa başlayır. Bu ixtisas ilk vaxtlarda “İqtisadiyyat və texnika” adlanırdı və elə də yaxşı qarşılanmırdı. 60-cı illərin sonuna qədər bu ixtisası çox az universitetlər tədris edirdi. Daha sonra adı Sənaye mühəndisliyi olaraq dəyişdirilir. Bu gün isə  çox geniş yayılmışdır. Azərbaycanda isə bu ixtisas Sənayenin təşkili və idarə olunması kimi adlanır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Qeyd: Bu ixtisas üzrə oxuyub bitirənlər sahə olaraq aşağıdakı sahələrdə işləyə bilirlər. Burda da işlədiyi sahədən asılı olaraq öhdəliklər bir – birindən fərqlənir.

Sahələr:

  • ➝ Planlama meneceri;
  • ➝ Layihə meneceri, planlama və nəzarət üzrə menecer,  planlaşdırma üzrə menecer;
  • ➝ Texnoloq;
  • ➝ Təchizat zəncirinin idarə edilməsi;
  • ➝ Əməliyyat meneceri;
  • ➝ Proses şefi;
  • ➝ Logistik;
  • ➝ Maliyyə sistemi üzrə menecer;
  • ➝ Satınalmalar üzrə mütəxəssis; 
  • ➝ Maliyyə sisteminin planlaşdırılması;
  • ➝ Sistem nəzarəti üzrə menecer;
  • ➝ Layihənin icra planlaması üzrə menecer;
  • ➝ Xidmət sahələrində əməliyyatların effektiv idarə olunması;
  • ➝ Proseslərin optimallaşdırlması;
  • ➝ Kredit anderraytinq strukturu üzrə meneceri;
  • ➝ Strateji planların hazırlanması;
  • ➝ KPİ-ların təyini və izlənilməsi;

    Öhdəliklər:

Təchizat zəncirinin idarə edilməsi:

  • ➝ Anbarda olan avadanlıq və vəsaitlər barədə təhçizatçıya məruzə etmək;
  • ➝ Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək;
  • ➝ Satın-alma sahəsinə aid olan məlumatların müvafiq proqrama işlənməsi;
  • ➝ Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək;
  • ➝ Öz vəzifə səlahiyyətlərini həyata keçirmək üçün, şəxsən və ya bilavasitə rəhbərliyinin tapşırığına əsasən şöbə rəhbərlərindən və mütəxəssislərindən müvafiq sənəd və məlumatların sorğulanması;
  • ➝ SAP proqramına satın-almaya aid məlumatların daxil edilməsi və yenilənməsi.

Kredit anderraytinq strukturu üzrə menecer:

  • ➝ Strateji inkişaf planını əsas götürməklə, biznes kredit bazarını, müştəri istəklərini, filialların biznes kreditləşmə üzrə istəklərini, daxili kreditləşmə proseslərinin mütəmadi olaraq təhlil edilməsi;
  • ➝ İdarə heyəti tərəfindən müəyyən olunmuş limitdən yuxarı biznes kreditləri üzrə bizneslərə və onların girovlarına yerində baxışda iştirak etmək;
  • ➝ Biznes və mikro kreditlər üzrə kreditlərin qiymətləndirilməsi, rəy verilməsi və limiti daxilində kreditin verilməsi üzrə qərar qəbul edilməsi.;
  • ➝ İdarə Heyətinin müəyyən etdiyi forma və müddətlərdə kredit biznesi üzrə hesabatlar hazırlanması;
  • ➝ Götürülən girovların kreditə xidmət olunan dövrdə yenidən qiymətləndirilməsinin təşkil edilməsi;
  • ➝ Bankın müştərilərinin akkreditivlər və qarantiyalar üzrə sifarişlərinin qiymətləndirilməsi, rəy verilməsi və limiti daxılındə qərar qəbul edilməsi;

Əməliyyat üzrə menecer: (məs: bank sektorunda) 

  • ➝ Müştərilər barədə “Məlumat informasiya” sistemindən məlumatların əldə edilməsi;
  • ➝ Müştərilər üçün hesabların açılması;
  • ➝ Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
  • ➝ Tələb olunan müqavilələrin hazırlanması;
  • ➝ Daxil olan zəngləri qəbul etmək və cavablandırmaq;
  • ➝ Müvafiq sənədlərin, faksların qəbul etməsini və göndərilməsini təmin etmək;
  • ➝ Ofisdə kargüzarlıqla bağlı bütün işlərin yerinə yetirmək;
  • ➝ Ofisdə işləyən əməkdaşlara müvafiq inzibati köməklik göstərmək;
  • ➝ Kredit sənədlərin arxivləşdirilməsi və qorunmasını təmin etmək.

Layihənin icra planlaması üzrə menecer: (məs: inşaat sektoru üzrə).

  • ➝ Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, iş axını xəritələrinə və digər normativ sənədlərə əsasən tikinti işlərini təşkil etmək;
  • ➝ İş qrafikinə uyğun olaraq görülən tikinti işlərinin vaxtında, mükəmməl və müəyyən edilmiş keyfiyyətdə aparılması və layihənin əvvəldən sonuna uyğunlaşdırılmasını təmin etmək;
  • ➝ İnşaat sahələri üçün bütün lazımi sənədlərin alındığından əmin olmaq;
  • ➝ İlkin material, kadr və podratçı ehtiyaclarınln siyahısının hazırlanması; 
  • ➝ Gündəlik və aylıq hesabatların hazırlanması;
  • ➝ Xərclər barədə məlumatları müvafiq qaydada saxlamaq;
  • ➝ Layihələrin araşdırılması və tikinti sürətinə və maliyyələşdirilməsinə təsir edəcək məsələlər üzrə tövsiyələr vermək;
  • ➝ Qurulacaq əsas iş prosesi üçün təlimatların hazırlanması;

    Planlama və nəzarət üzrə menecer:

  • ➝ Şirkətdə planlaşdırma işinin təşkili;
  • ➝ Biznes planlarının hazırlanması;
  • ➝ Şirkət fəaliyyətinin planlaşdırılması,uçotu və analizi;
  • ➝ Şirkətdə strateji iqtisadi planlaşdırma üzrə işlərin yerinə yetirilməsi;
  • ➝ Gəlirin artırılması,
  • ➝ Öz səlahiyyətləri həddində firma və təşkilatlarla əməkdaşlığın  təşkili;
  • ➝ Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumatların yığılması və təhlil edilməsi;
  • ➝ Gündəlik işin nəticələrini təhlili.

KPİ – təyini və izlənməsi üzrə menecer:

  • ➝ Şirkətin performansında mühüm artış əldə edə bilməsi üçün üzərində durulması lazım olan əhəmiyyətli nöqtələri müəyyən edilməsi;
  • ➝ Sistem şirkət xərclərinin proseslərin yaxşıladırılması hesabına azaldılmasını məqsədləyir və şirkətin ayrı-ayrı şöbələrinə və işçilərə tətbiq edilməsi;
  • ➝ Şirkətin hədəfləri istiqamətində doğru göstəriciləri seçmək;
  • ➝ Göstəricilərin hesablanması üçün davamlı məlumatın toplandığı sistem qurmaq;
  • ➝ Əldə edilən nəticələri analiz edilmək və bunların əsasında yeni strategiya və hədəflərin müəyyən edilməsi.

QEYD: İş dünyasının müxtəlif istiqamətəri üzrə bütün sahələrində işləyə bilirlər. Bu sahənin mütəxəssisləri işin təşkili yəni hər hansı bir xammalın hazır olub, məhsul şəklinə salınıb, evlərə daxil olmasına qədər bütün prosesləri sistemləşdirir və nəzarət edir, yalnız bir sahəyə fokuslanıb o üzrə  mühəndis olmur, bütünlüklə biznes proseslerinin fəaliyyət sferalarında işləyəyir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • ➝ Azərbaycan Kooperasiya Universiteti
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti(Gəncə şəhəri)
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti

Qeyd: Kurslardan təchizat zəncirinin idarə olunması, Data science və PMI dərslərini alaraq  bu ixtisası daha dərindən öyrənə bilərsiniz.

Bu ixtisas üzrə harada çalışmaq olar?

Yerli şirkətlər

  • ➝ SOCAR
  • ➝ AzerSun
  • ➝ AzGranata 
  • ➝ SAB
  • ➝ FAB
  • ➝ Gilan Holding 
  • ➝ Azərçay
  • ➝ Toyota 
  • ➝ Azal
  • ➝ Nurgun Holding
  • ➝ Sinteks MMC
  • ➝ KredAqro
  • ➝ AFB Bank 
  • ➝ Bridge Academy 
  • ➝ ProSol LLC 

Xarici şirkətlər

  • ➝ BP
  • ➝ Total 
  • ➝ State Oil 

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Kod yazma və onu oxuma bacarığı;
  • ➝ Akademik səviyyədə ingilis dilini mükəmməl bilməli;
  • ➝ Problemləri asanlıqla həll etmə bacarığı ;
  • ➝ Analiz və təhlil etmək;
  • ➝ Analitik düşünmə;
  • ➝ PMİ sertifikatını əldə etmək;
  • ➝ İdarəetmə bacarığı;
  • ➝ Bəzi sahələr üzrə (ixtisaslaşmadan asılı olaraq dəyişir) akademik riyaziyyat,məntiq;
  • ➝ Bəzi sahələr üzrə (ixtisaslaşmadan asılı olaraq dəyişir) proqramlaşdırma dilləri;
  • ➝ Təcrübə, dünyagörüşü;
  • ➝ Xətti proqramlaşdırma məsələlərinin Simpleks üsulu ilə kompüter proqramları vasitəsilə (Excel, LINGO, MATLAB) həllini edə bilmək;
  • ➝ Qant cədvəlini qurmaq;
  • ➝ MS Project  qrafikləndirmə və  planlamanı bilmək;
  • ➝ Kompüter proqramlarından düzgün  istifadə etmək;
  • ➝ Keyfiyyət standartlarını bilmək;
  • ➝ Yaxşı idarəetmə və ünsiyyət bacarığı;
  • ➝ ACCA, CIMA, CFA və ya digər müvafiq ixtisaslar üzrə sertifikatların olmalıdır.  

İxtisasın gələcəyi

   İqtisadi böhranların səbəblərindən biri də düzgün strateji planlaşdırılmanın aparılmamasıdır, iqtisadi inkişafın səbəbi isə əksinə sənayedəki uğurlu planlaşdırmadır.

     Azərbaycanda ixtisas hələ bir o qədər tanınmasa da ,çox maraqlı və dəyərli ixtisasdır.Kareyera perspektivliyi baxımından ABŞ-da 3-cü yerdədir.  Bu sahə ABŞ-da yaransa da və orada bu ixtisas üzrə təhsil alan çox tələbənin olmasına baxmayaraq, orada bu ixtisas üzrə kadr çatışmazlığı var. Bundan başqa Niderlandda, Almaniyada, Yaponiyada da bu sahəyə tələbat böyükdür. Gələcək yönümlü vacib ixtisaslardan biri hesab olunur. Çünki, sənaye mühəndisliyi digər mühəndisliklərdən fərqlənir, ancaq müəssisənin texniki işləriylə deyil, bazara daxil olacaq məhsulun ilkin mərhələdən sonuncu mərhələləyə kimi kodlar vasitəsi ilə sistemə yazılıb, sistemə salınır, nizamlanır və nəzarət edilir ki, bütün proses vaxtlı – vaxtında, düzgün və  ardıcıl şəkildə olsun. Prosesin yaxşılaşdırılmasına və hazırlanmasına daim nəzarət edilir və risklər minimuma endirilir. 

Əmək haqqı

  Gördüyü işdən, vəzifəsindən və bilik və bacarıqlardan asılı olaraq əməkhaqqı 350-6000 AZN  aralığında dəyişir. 

Qeyd: Sənaye mühəndisliyi və Davamlı inkişafın idarə ediməsi eyni ixtisasdır. Aralarındakı əsas fərq sənaye mühəndisliyi ixtisasının I qrupda (qəbul qrupu), davamlı inkişafın idarə edilməsinin isə II qrupda  təsnifləşdirilməsidir. Birinci qrupda ixtisas üzrə texniki fənnlərə üstünlük verilir, lakin ikinci qrupda daha çox iqtisadi fənlərə üstünlük verilir.