Texnoloji maşın və avadanlıqları mühəndisliyi - İnşaat yol maşınları və avadanlıqları

Texnoloji maşın və avadanlıqları mühəndisliyi - İnşaat yol maşınları və avadanlıqları

Texnoloji maşın və avadanlıqları mühəndisliyi - İnşaat yol maşınları və avadanlıqları

İxtisasın təsviri:

  İnşaat yol maşınları və avadanlıqları ixtisası yol, tikili və digər strukturların inşa olunmasında istifadə olunan avadanlıqların hazırlanması və idarəedilməsini əhatə edir. İnşaat yol maşınları və avadanlıqları mütəxəssisləri avadanlıqların təmizlənməsi və təmir edilməsi, nasazlıqların aradan qaldırılması, təhlükəsizlik standartlarına əməl olunması, maşınların idarəedilməsi kimi işlərdən məsuldur. İnşaat avadanlıqları mütəxəssisləri tikinti sahələrində və mədənlərdə tikinti materiallarını, torpaq və digər ağır materialları daşımaq üçün maşınlardan istifadə edirlər. Yolları, körpüləri və binaları, həmçinin uçuş zolaqlarını, elektrik enerjisi istehsalını həyata keçirən obyektləri, bəndləri, kənar yolları və digər tikililəri inşa etmək, hazırlamaq üçün avadanlıqlardan istifadə edirlər. Mexaniki bacarıqlar, fiziki güc, detallara diqqət yetirmə bu mütəxəssislər üçün əsas bacarıqlardır.


İxtisasın gələcəyi:

  İnşaatda müxtəlif növ avadanlıqlarla işləmə bacarığı olan şəxslərin gələcək fəaliyyəti daha genişdir. Bir çox ixtisasda olduğu kimi inşaat yol maşınları və avadanlıqları ixtisası da iqtisadiyyatda baş verən dəyişikliklərdən təsir görür. İnşaat avadanlığı mütəxəssislərinə önümüzdəki illərdə tələbat daha da artacaqdır. İnfrastruktur xərclərin artması ilə əlaqəli yeni və professional mütəxəssislərə ehtiyac duyulacaqdır. 

Universitet:

→Azərbaycan Memarlıq və İnşaat Universiteti