İxtisasın  təsviri

    Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında təhsil almağın üstün cəhəti odur ki,həm Azərbaycan dilinin, həm də ədəbiyyatın dərin biliklərinə yiyələnirsən.Eyni zamanda nitq bacarığını formalaşdırmış olursan.Azərbaycan dili və ədəbiyyatı ixtisasında bir çox fənlər tədris olunur.Bunlar aşağıdakılardır:

  • ➝ Azərbaycan ədəbiyyatı tarixi;
  • ➝ Azərbaycan ədəbiyyatı nəzəriyyəsi;
  • Şifahi xalq ədəbiyyatı;
  • Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası ;

Bu fənnlər  tələbələrin müəllim kimi fəaliyyət göstərmələrinə böyük köməklik göstərir.Onlar aldıqları təhsili eyni zamanda sonrakı fəaliyyətlərində də tətbiq edə bilirlər.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  •  ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  •  ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodiki vəsaitlər hazırlamaq, qoyulmuş əmək normalarını yerinə yetirmək;
  •  ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  •  ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  •  ➝  İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  •  ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq, özünü ləyaqətli aparmaq;
  •  ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  •  ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar?

        Dövlət universitetləri:

  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(ADPU)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(Quba filialı)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(Qazax filialı)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(Cəlilabad filialı)
  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Mingəçevir Dövlət universiteti
  • ➝ Sumqayıt Dövlət Universitet
  •          Özəl universitetlər:
  •   ➝ Bakı Qızlar Universiteti
  •   ➝ Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Orta ümumtəhsil məktəblərində;
  • ➝ Tədris mərkəzlərində;
  • ➝ Liseylərdə;
  • ➝ Magistr təhsili alaraq universitetlərdə işləyə bilərlər.

    Qeyd: Bu ixtisası bitirən şəxslər eyni zamanda jurnalistika fəaliyyəti ilə də məşğul ola bilərlər.Həmçinin radio və televiziya, nəşriyyat sahəsində də öz bacarıqlarını nümayiş etdirə bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  •  Təşkilatçılıq  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin uşaqları  birləşdirmək, onları məşğul  etmək, vəzifələri bölüşdürmək, işi  planlaşdırmaq, görülən işə yekun vurmaq və s. Bacarığında  özünü göstərir.
  •  Didaktik  qabiliyyətlər. Buraya  tədris materialını, əyani  vasitələri, avadanlıqlığı seçmək  və hazırlamaq, tədris materialını  başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı  və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi  tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını  yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  •  Perspektiv  qabiliyyətlər. Bu, şagirdlərin daxili  aləmini görmək bacarığında, onların  emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  •  Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin rəhbərliyi ilə pedaqoji  cəhətdən məqsədyönlü münasibət yarada bilməsində  özünü göstərir.
  • Suqqestiv (təlqinedici )  qabiliyyətlər. Bu, şagirdlərə  emosional-iradi təsir  göstərməkdən ibarətdir.
  •  Tədqiqatçılıq  qabiliyyətlər. Bu,  pedaqoji  situasiyaları  və prosesləri dərk etmək  və obyektiv qiymətləndirmək  bacarığında özünü göstərir.
  •  Elmi – idrakı  qabiliyyətlər. Bu, seçdiyi  sahə üzrə elmi  bilikləri mənimsəmə  qabiliyyətidir.
  •   İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
  •  Azərbaycan dili və ədəbiyyatını mükəmməl səviyyədə bilməli;
  • Gözəl nitqi olmalı;

  Qeyd: Müəllim  praktiki fəaliyyət  üçün bu qabiliyyətlərin  hamısı eyni dərəcədə vacib deyil. Son illərin  elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər  içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan  çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri  aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi 

Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır.Xüsusən,son illər bu peşə sahiblərinin əməkhaqqısındakı ciddi artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

 Əmək haqqı

  • ➝ Pedaqoji təcrübə 3- 8 il arası olduqda-360 AZN
  • ➝ Pedaqoji təcrübə 8-13 il arası olduqda -378 AZN
  • ➝ Pedaqoji təcrübə 13-18 il arası olduqda -399 AZN
  • ➝ Pedaqoji təcrübə 18ildən çox olduqda 426 AZN
Son yazılar