İxtisasın təsviri 

  Beynəlxalq münasibətlər nəzəri baxımdan siyasət elminin bir  qoludur. Bütün ölkələr, beynəlxalq arenada təmsil olunan təşkilatlar,  transmilli korporasiyalar bu sahənin əsas predmet obyektlərdir. Beynəlxalq münasibətlər  ixtisasının məqsədi bu sahə üzrə ixtisalaşmaq arzusunda olan şəxslərə sahənin əsas predmeti olan ölkələrin və təşkiatların beynəlxalq iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və sıx əməkdaşlıq münasibətlərinin qurulması üçün lazım olan bilik və bacarıqları verməkdir. Bu ixtisas  hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Bu sahədə nəzəri biliklərin əsasını sadalanan sahələr üzrə  nəzəri biliklər təşkil edir:

  • ➝ Beynəlxalq münasibətlər nəzəriyyəsi;
  • ➝ Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü;
  • ➝ Avropa və Amerika ; Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti;
  • ➝ Beynəlxalq təşkilatlar; Beynəlxalq iqtisadi münasibətlər;
  • ➝ İqtisadi diplomatiya ; Dünya iqtisadiyyatı;
  • ➝ Siyasi və iqtisadi coğrafiya;
  • ➝ Beynəlxalq hüquq, beynəlxalq müqavilələr;
  • ➝ Beynəlxalq təhlükəsizlik; Dünya siyasəti;
  • ➝ Geosiyasət;
  • ➝ Azərbaycanın xarici siyasəti;
  • ➝ Diplomatiya və konsul xidməti; Diplomatik protokol;
  • ➝ Konfliktologiya;
  • ➝ İnteqrasiya prosesləri.

İxtisasın tarixi

  Beynəlxalq münasibətlər  ixtisası üzrə ali təhsilin əsası  ilk dəfə 1919 – cu ildə Britaniyada qoyulmuşdur. Bu ixtisas üzrə ali təhsilin magistratura pilləsi üzrə ilk proqram isə 1928 – ci ildə Çikaqo Universitetində yaradılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Dövlətin və ya şirkətin daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
  • ➝ Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • ➝ Layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası;
  • ➝ Müxtəlif mənbələrdən vacib məlumatların toplanması və inkişafların təhlili;
  • ➝ İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Beynəlxalq nümayəndə heyətlərinin müşayiəti, beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
  • ➝ Protokol işləri;
  • ➝ Rəsmi səfərlərin hazırlanması;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Mediya ilə iş, müasir informasiya texnologiyalarından istifadə;
  • ➝ Millətlərarası ünsiyyət mədəniyyətini, xarici ölkələrin iş mədəniyyətini qorumaq;
  • ➝ Müxtəlif xarakterli qlobal proseslərin tənzimlənməsi: iqtisadi, mədəni, hərbi, siyasi, ekoloji;
  • ➝ Dövlət xaricində soydaşlarımızın maraqlarını qorumaq (Dövlətin diaspora fəaliyyəti);

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət universitetləri:

  • ➝ Azərbaycan Diplomatik Akademiyası
  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti 

Özəl universitetlər:

  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Naxçıvan Universiteti(Naxçıvan şəhəri)
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar ?

  • Xarici İşlər Nazirliyində;
  • ➝ Diplomatik nümayəndəlikərdə;
  • ➝ Beynəlxalq təşkilatlarda;
  • ➝ Xarici şirkətlərdə;
  • ➝ Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
  • ➝ Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
  • ➝ Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • ➝ Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • ➝ Transmilli Korporasiyalarda.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar) 

Bu ixtisas sahibləri  sahə bilikləri ilə yanaşı:

  • ➝ Geniş dünyagörüşünə, intellektə;  
  • ➝ Analitik düşünmə tərzinə və sürətli qərarvermə qabiliyyətinə;
  • ➝ Beynəlxalq dillərdən əlavə( ingilis dili mütləq səviyyədə), bir və ya iki  xarici dil üzrə dil bilikləri;
  • ➝ Xarici dil öyrənmək bacarığı;
  • ➝ Yüksək kommunikasiya,dinləmək və fikrini düzgün ifadə etmək bacarığı;
  • ➝ Liderlik  bacarıqları;
  • ➝ Siyasi düzgünlük və nəzakət bacarıqları;
  • ➝ Məlumatı tez qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ Stres davamlılıq, dözümlülük və özünü idarəetmə bacarığı;
  • ➝ İşdə dəqiqlik;
  • ➝ Vətənpərvərlik;

Qeyd: Bu ixtisas sahibləri gündəlik olaraq dünyadakı iqtisadi və siyasi proseslərdən tez zamanda və ətraflı məlumatlar əldə etmək üçün nüfüzlu xəbər agentliklərinin paylaşımlarını izləmək, məqalələrini anlamaq üçün mütləq şəkildə ingilis dilini yaxşı səviyyədə bilməlidirlər. Ümumiyyətlə ixtisası bu dildən ayrı düşünmək qeyri-mümkündür. Tələbələr hələ universitetin ilk illərindən ingilis dili bacarıqlarını inkişaf etdirməlidirlər. Əks halda, ixtisas üzrə bir çox  zəruri bilikləri əldə edə bilməyəcəklər və bu da onların bu istiqamət üzrə ixtisaslı kadr olmalarına ciddi əngəl olacaq. Dil bilikləri ilə yanaşı, həmçinin yüksək inkişaf etmiş kommunikasiya, liderlik bacarıqları ( Emosional zəka (EQ) üzrə inkişaf etmiş keyfiyyətlər) ixtisas üzrə əsas tələblərdən hesab edilir. Həmçinin bu ixtisas üzrə çalışanlar tez-tez təmsil etdikləri təşkilat və ya ölkələrin maraqlarınının təmsili və qorunması üçün danışıqlar aparmaq məcburiyyətində olduqlarından, kompramisə getməyi bacarmalı, lakin öz maraqlarını ön planda tutmalı ve ehtiyac olarsa, bu məqsədlə reallıqları maraqları leyhinə təqdim etməyi də bacarmalıdırlar.

İxtisasın gələcəyi

   Yaşadığımız müasir dövr qlobalaşma və  inteqrasiya dövrüdür. Bu isə öz növbəsində  birbaşa olaraq beynəlxalq münasibətlər sahəsində  ixtisaslı kadrlara tələbin artacağına işarədir. Bununla belə  bu ixtisas ölkələrarası siyasi münasibətlərdən yüksək dərəcədə asılı olduğundan lokal perspektivi görmək üçün  bu sahə üzrə fəaliyyət göstərməyi planlaşdırdığınız ölkənin iqtisadi və siyasi əlaqələrini araşdırmaq önəmlidir.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan  asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:

500-1000 AZN

Son yazılar