İxtisasın təsviri

   Müxtəlif bitkilərə müxtəlif zərərli orqanizmlər(gəmiricilər, həşəratlar, gənələr, parazitlər, göbələklər, bakteriyalar, mikoplazmalar, viruslar və s.) zərər verir. Zərərli orqanizmlərin (ZO) müxtəlifliyi və onların inkişafında olan özünəməxsusluqla yanaşı, qidalandığı və zərər vurduğu bitki üzərində yaratdığı əlamətlər də fərqli olur. Zərərli orqanizmlər mədəni əkinçiliyə ziyan vurursa, onunla mübarizə aparılmalıdır. Bitki mühafizəsinin səmərəli olması üçün yüksək bilik və bacarığa malik mütəxəssislər güclü maddi-texniki bazaya malik olan xidmət sahələri olmalıdır. Bu baxımdan xəstəlik, zərərverici və alaq otlarını tanıyan və onlara qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanmasında istifadə edilən metod və vasitələr haqqda müfəssəl məlumata malik mütəxəssislərin olması əhəmiyyətlidir. Xəstəliklər və onların törədicilərinə qarşı mübarizə apararaq, bitkilər xilas edilməli və onlardan normal məhsul əldə etmək üçün törədicilər ətraflı və dəqiq öyrənilməlidir. Törədici mikroorqanizm təyin olunmalı, həyat tərzi, biologiyası, ekologiyası, qida mənbəyi tam araşdırılmalıdır.  Bitkilərin müxtəlifliyi və onları sirayətləndirən xəstəliklərin törədicilərinin növlərinin geniş olması, onlara qarşı aparılan mübarizə metodlarının da müxtəlif olmasını tələb edir. Kənd təsərrüfatı, meşə, park, bağ və şəxsi təsərrüfatlarda becərilən bitkilərin xəstəliklərdən mühafizəsi düzgün təşkil olunmadıqda yüksək məhsul itkisi və bitkilərin həyatını tez başa vurması müşahidə olunur ki, nəticədə kənd təsərrüfatına və ölkə iqtisadiyyatına maddi ziyan dəyir.

İxtisasın tarixi

 Aqrar elmlərin inkişafı sürətləndikcə məhsulun artırılması və qorunub saxlanması məsələlərinə ciddi münasibət yaranırdı. Artıq XIX əsrin sonlarında ( 1870-ci ildə ) Azərbaycanda mübarizə tədbirləri bitki mühafizəsi üzrə Zemski adlanan bürolar tərəfindən yerinə yetirildi.Bürolar Tibilisidə fəaliyyət göstərən Əkinçilik departamentinin nəzdində yaradılmışdır. Azərbaycanda isə bu qurumlar Ağstafa  (1912), Zaqatala ( 1916 ) bölgələrində fəaliyyət göstərirdilər.Bu bürolar iki qrupa bölünürdü:1.Entomoloji büro- əhatə etdiyi ərazilərdə mübarizə tədbirlərini yerinə yetirirdi. 2. Təcrübə- tədris stansiyası – elmi tədqiqat işləri ilə məşğul olaraq mübarizə tədbirləri işləyib hazırlayırdı. 1920-ci il noyabrın 14-də Bakı şəhərində N. Nərimanovun rəhbərliyi ilə keçirilən müşavirədə Dadaş Bünyadzadənin təklifi əsasında Politexnik İnstitutu təsis edilmiş və onun tərkibində fəaliyyət göstərən beş fakultədən biri də kənd təsərrüfatı fakultəsi olmuşdur.1925-ci ildə Gəncə şəhərində seleksiya stansiyası, 1926-cı ildə isə bu stansiyanın bazasında Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutu təşkil edilmişdir. Həmin illərdən başlayaraq pambığın zərərverici,xəstəliklət və alaq otlarının boiloji xüsusiyyətlərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması bu institutda yerinə yetirilirdi.1929-cu il avqustun 23-də Azərbaycan hökumətinin qərarı ilə Bakı şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı. 1931-ci ildə Kənd Təsərrüfatı İnstitutu Gəncə şəhərinə köçürülmüşdür. 1949-cu ildə Az.KTİ-nin aqronomluq fakultəsi nəzdində Bitki Mühafizəsi şöbəsi yaradıldı. Bitki Mühafizəsinə aid kənd təsərrüfatında görüləsi işlər çoxalırdı. Əkin sahələrinin çoxalması , əkilən bitkilərin məhsuldarlığının artırılması məsələləri və bu zaman zərərverici , xəstəlik və alaqlara qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi ortaya çıxırdı. Belə bir zamanda bitki mühafizə sahəsində elmi idarənin yaranmasına ehtiyac yaranırdı. Kənd təsərrüfatında zərərverici , xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri elmi araşdırmalar əsasında yerinə yetirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Respublika Nazirlər Sovetinin 22 yanvar 1959-cu il , 60 saylı qərarı ilə Gəncə şəhərində Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu yaradıldı və respublika bitki mühafizəsi üzrə elmi-tədqiqat işləri ona həvalə edildi. Həmin vaxt 3 şöbə və bu şöbələrdə daxil olan 8 laboratoriyadan ibarət olmaqla institut təşkil edildi.İnstitutda ilk əvvəl Tətbiqi Zoologiya, Fitipatologiya, Kimya toksikologiya şöbələri fəaliyyət göstərmişdir.

 1921-ci ildə Bakı Politexnik İnstitutunun Kənd Təsərrüfatı fakültəsinin nəznində yaradılaraq, 1929-ci ildən həmin fakültənin bazasında yaradılan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun strukturunda fəaliyyətini davam etdirmişdir.  1931-ci ildən bitkiçilik kafedrası kimi fəaliyyət göstərmişdir. Müxtəlif dövrlərdə kafedra “Bitkiçilik və yem istehsal”, “Bitkiçilik, genetika və seleksiya”, 2009-cu ildən isə universitetdə struktur dəyişiklikləri ilə əlaqədar olaraq“Bitkiçilik və bitki mühafizəsi”  adı altında fəaliyyət göstərir. 

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri) 

  • ➝ Açıq və ya örtülü sahədə, becərilən torpaqlarda və təbii bitki örtüyündə bitki və əkin sahələrinə ziyan vuran zərərli orqanizmlərin (xəstəlik, ziyanverici həşəratlar, alaq otları) yayılmasının və kütləvi çoxalmasının qarşısını almaq;
  • ➝ Zərərli orqanizmlərin tənzimlənməsi və ya aradan qaldırılması məqsədi daşıyan mübarizə tədbirləri sistemini hazırlamaq;
  • ➝ Kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərvericilər və alaq otları tərəfindən tərəfindən məhsuldarlığının aşağı düşməsinin qarşısını almaq və nəzarətdə saxlamaq;
  • ➝ Bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının qarşısını alınmaq;
  • ➝ Məhsul itkisinə yol verilməməsinə nəzarət;
  • ➝ Ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsi;
  • ➝ Ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli fauna və floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə tədbirlər sisteminin həyata keçirtmək;
  • ➝ Karantin və digər xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə yetirilmək.
  • Harada bu ixtisasa sahiblənmək olar?

 

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda;
  • ➝ Dövlət Aqrar İnnovasiya Mərkəzlərində;
  • ➝ Kənd təsərrüfatı idarələrində;
  • ➝ Bitki mühafizəsi idarələrində;
  • ➝ Aqroparklarda; 
  • ➝ Şəxsi  təsərrüfatlarda işləmək olar.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)                 

  • ➝ Aqronomluq ixtisasını dərindən mənimsəməli;
  • ➝ Bitkilərinin biologiyasını bilməli;
  • ➝ Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərini tanımalı və onlara qarşı mübarizə tədbirlərini bilməlidir;
  • ➝ Dil bilikləri olmalıdır. 

İxtisasın gələcəyi

 Kənd təsərrüfatı inkişaf etdikcə və  ətraf mühit çirklənməsi, ərzaq təhlükəsizliyi  kimi problemlərinin həlli üçün bitki mühafizəsi ixtisasına hər zaman ehtiyac var. Bu ixtisas üzrə müdafiə edib elmlər namizədi, elmlər doktoru  kimi elmi dərəcələri, dosent, professor elmi adları almaq olar.

Əmək haqqı 

Bilik və bacarıqlardan asılı olaraq əmək haqqı 300-10.000  AZN aralığında dəyişir.

Son yazılar