Muncuq xətli Müəllim

Muncuq xətli Müəllim

Muncuq xətli Müəllim   Yadıma bir hadisə düşdü. Yeddi yaşlı balaca, cılız bir qız məktəbə başlamışdı. Digər yoldaşlarından fərqli olaraq o sinfə biraz təlaşlı, lakin biliyinə güvənən bir şagird kimi daxil olmuşdu. Və o qarşısında o müqəddəs, gələcəkdə ona müəyyən peşəyə sahib olmaqda köməklik edəcək […]

Rəngli Kimya həyatı

    Kimya həyatımızdakı hər şeyin bir hissəsidir. Əsas kimyəvi anlayışları başa düşmək demək olar ki, hər peşə üçün vacibdir. Bir çox insanlar kimyaçıları bir laboratoriyada fərqli mayeləri qarışdıran ağ örtüklü elm adamları hesab edirlər.  Amma əslində hamımız bir növ kimyaçıyıq. Mövcud olan hər bir maddə materiyadan, […]

Uğurun ilk sirri seçdiyin sahəni sevməklə bağlıdır!

    İlk növbədə, ictimai səhiyyə sahəsini ürəkdən sevən və bu sahədə sevərək çalışan bir insan olaraq ictimai səhiyyə ixtisası barədə sizlərə məlumat vermək istərdim.      İctimai Səhiyyə ixtisası – əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəblərini, eləcə də onların yayılma qanunauyğunluqlarını öyrətməklə, ətraf mühitdə olan risk […]

Tərcüməçilik sənəti

Tərcüməçilik sənəti

Tərcüməçilik sənəti   Araşdırıcıların əlində kifayət qədər dəlil olmadığından tərcümənin yarandığı tarixi və məkanı dəqiq müəyyənləşdirmək çox çətindir. Amma bir fakt mübahisəsizdir ki, tərcümə lap qədim zamanlarda, xalqlar, ayrı-ayrı dillərdə danışan qəbilələr, yaxud etnik qruplar arasında ünsiyyətə ehtiyac yarananda meydana gəlib. Tərcümənin yaranması bilavasitə dünya xalqları dillərinin […]

Rəsm ruhun azadlığıdır

Rəsm ruhun azadlığıdır

Rəsm ruhun azadlığıdır     İlk olaraq ixtisasın təsvirindən danışsaq, ümumiyyətlə, təsviri incəsənət sözü təsvirdən yaranmışdır, kökü “təsvir etmək” deməkdir. Biz həyatda gözümüzlə gördüyümüz əşyaları, insanları, hər hansısa bir obyekti qəbul edərək onu boyalarla, rəngli və ya sadə qələmlərlə canlandırmağa başlayırıq. İxtisasın əsas növlərindən biri dekorativ tətbiqi sənətdir. […]

Şəhərsalma mütəxəssisi olma yolunda

Şəhərsalma mütəxəssisi olma yolunda

Şəhərsalma mütəxəssisi olma yolunda   Dostlar, ixtisas seçimi zamanı həyatınızın geri qalanı üçün bir yol seçmiş olacaqsınız, yeni bir yaşam hazırlayacaqsınız. Mən də sizə bu yeni həyatı planlamaq üçün həm əyləncə dolu, həm də daxilində bir çox sahələri birləşdirən, geniş biliklərə yiyələnə biləcəyiniz bir ixtisas […]

Dostlar, gəlin, birlikdə şəhər “salaq”!

  Salam, dəyərli oxucu!   Bura qədər gəlmisənsə, yəqin ki, beynində müxtəlif suallar var, müəyyən tərəddüdlər içindəsən. Həyatının bəlkə də ən həssas, yorğun çətin anlarından birində olduğunu düşünürsən. Çünki tələbə olmaq yolunda addımlayırsan və bu addımları atmaq kifayət qədər çətindir.    Mən abituriyent olarkən o qədər stress, qorxu […]

Bu gün yaşadıqlarımız keçmişə, keçmişimiz isə gələcəyə çevrilir

  Tarix ixtisası tələbə adını qazanmaq istəyən və dünyagörüşünü genişləndirmək, dünyanın keçmişini, inkişaf tsiklini və bəşər mədəniyyətini  öyrənmək istəyən yoldaşlarımız üçün uğurlu və düzgün seçimdir. Tarix ixtisasını öz bilgi yönünə uyğun görənlər və qərarında qətiyyət göstərənlər bu elmə yiyələndikcə, demək olar ki, dünyanın ən maraqlı, macəra […]

Seçimimiz Gələcəyimizdir

     Mən Süleymanova Müjgan, 95/100 GPA ilə Bakı Mühəndislik Universitetinin ingilis dili üzrə Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil alan sonuncu kurs tələbəsiyəm. İlk olaraq, ixtisasım haqda qısa məlumat verim. Adından da göründüyü kimi iki ixtisası özündə birləşdirir.  Bunun özü isə çox böyük bir üstünlükdür, hansı […]