İxtisasın təsviri

   Fransız dili müəllimi Fransız dilinin fonetika, lüğət və qrammatika sahələrində dil biliklərini və eləcədə bu ölkənin ədəbiyyatını tədris iştirakçılarına öyrədən bir müəllimdir. Fransız dilini mədəniyyətlərarası ünsiyyət vasitəsi olaraq, azərbaycan və dünya mədəniyyətinin nailiyyətlərini öyrənmək yolu kimi öyrədir, tələbələri fərqli bir dünyagörüşünün tolerant qavrayışına, yəni mədəniyyətlərin bərabərhüquqlu və bərabərliyini və ümumbəşəri dəyərlərin mövcudluğunu dərk etməyə hazırlayır.Universitetdə bu ixtisas üzrə oxuyarkən tələbələr tədris prosesində metodoloji prosesləri izləyir, dilin tədrisi metodları ilə yaxından tanış olur.Həmçinin, tədris proqramında nəzərdə tutulmuş məqsədyönlü fənləri oxuyur, dilin tədrisi metodlarını yaxından öyrənir.Sonda məzunlar sahəni öyrəndikdən sonra nəzəri bilikləri  tədbiq etmək məqsədilə pedoqoji praktikaya cəlb olunurlar.  Peşə xarici dil və  ədəbiyyatına maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Tələbələrin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostikanın aparılması;
  • ➝ Tədris planına və öz dərs planına, dərs cədvəlinə uyğun olaraq tədris yükünə uyğun olaraq təyin olunan siniflərdə (qruplarda) Fransız dilində əsas və seçmə kursları həyata keçirilməsi;
  • ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq dərslərin keçirilməsi;
  • ➝ Məktəblilərin davamiyyətinə və akademik göstəricilərinə nəzarət etmək, sinif sənədlərini saxlamaq (sinif dəftəri, sinif qovluğu, şagirdlərin şəxsi sənədləri, məktəblilərin xüsusiyyətləri, valideyn-müəllim iclaslarının protokolları, gündəliklər);
  • ➝ Bütün tələbələr üçün sinif və ev tapşırıqlarını yoxlamaq;
  • ➝ Tədris planına görə aralıq, rüblük və illik testlər aparmaq;
  • ➝ Bütün növ testləri yoxlayın və səhvləri izləmək;
  • ➝ Sinif jurnalları və gündəliklərin yazılması;
  • ➝ Qrammatik, sintaktik və stilistik normalara riayət etməklə bir vərəqdən ardıcıl şərh və ya tərcümə etmək;
  • ➝ Tədbirlərin, görüşlərin sinxron tərcüməsini həyata keçirmək;
  • ➝ Fransız dilində təşkil olunan sərgilərin, təqdimatların, auksionların və digər tədbirlərin hazırlanmasında və keçirilməsində iştirak etmək;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝  Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝  Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝  Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝  Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək;
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • ➝  Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • ➝  Özünü ləyaqətli aparmaq;
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • ➝   Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar ?

  1. Azərbaycan Dillər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Orta məktəblərdə;
  • Özəl liseylərdə;
  • Magistr təhsili almaqla da univsertetlərdə;
  • Özəl kurslarda ;
  • Əgər tərcüməçiliyə maraq varsa,tərcüməçi kimi çalışmaq olar.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar)

  • İlk öncə fransız dili səviyyəsi ən azından A2(Elementary)-B1(Pre-İntermediate)səviyyələrdə olmalıdır.
  • Linqvistik: Fransız dili sistemi və kommunikativ fəaliyyət prosesində dil vasitələrinin işləmə qaydaları haqqında biliklər;
  • Nitq (disursiv): şifahi və yazılı nitqdə Fransız dili normasına uyğun olaraq ifadələr və mətnlər yaratmaq üçün dil vasitələrindən kifayət qədər istifadə etmək bacarığı;
  • Sosiolinqvistik: ünsiyyət vəziyyətinə uyğun olaraq dil vasitələrindən istifadə etmək bacarığı;
  • Sosial-mədəni:Fransız dilli ölkələrin milli və mədəni xüsusiyyətləri haqqında bilikləri tətbiq etmək bacarığı;
  • Strateji: müxtəlif kommunikativ problemlərin həlli üçün ən təsirli metod və üsulları seçmək və istifadə etmək bacarığı.
  • Təşkilatçılıq  qabiliyyətləri: bu  qabiliyyət müəllimin  uşaqları birləşdirmək, onları  məşğul etmək, vəzifələri bölüşdürmək, işi  planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında  özünü göstərir;
  • ➝ Tədqiqatçılıq  qabiliyyətləri: bu,  pedaqoji situasiyaları  və prosesləri dərk etmək  və obyektiv qiymətləndirmək  bacarığında özünü göstərir.
  • ➝ Elmi – idrakı  qabiliyyətlər: bu, seçdiyi  sahə üzrə elmi bilikləri mənimsəmə  qabiliyyətidir.
  • ➝ Perspektiv  qabiliyyətlər: bu, şagirdlərin daxili  aləmini görmək bacarığında, onların emosional  vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • ➝ Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin rəhbərliyi ilə pedaqoji  cəhətdən məqsədyönlü münasibət yarada bilməsində  özünü göstərir.
  •  İnformasiya  Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.

Qeyd:Müəllim  praktiki fəaliyyət  üçün bu qabiliyyətlərin  hamısı eyni dərəcədə vacib deyil. Son illərin  elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər  içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan  çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri  aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi

     Fransız dil müəllimliyinə təlabat hazırki dövr üçün çoxdur. Həmçinin fransız dili BMT – nin 3 rəsmi dilindən biri olduğundan prestijli olması, bu dilə marağın olması olması nəticəsinə əsasən sahə üçün çox önəmlidir. O cümlədən, müəllimlik sənəti daim var olduğu üçün vacib sahədir. Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən – ilə artmaqdadır.         Xüsusən, son illər bu peşə sahiblərinin əməkhaqqısındakı ciddi artımı,eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Əmək haqqı

  Bu ixtisas üzrə məvaciblər  aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq,həftəlik dərs yükünə görə təyin edilir.

  •  Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
  •  Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN
  •  Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda – 522 AZN
  •  Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda – 554 AZN
  •  Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

Qeyd :Ancaq özəl liseylərdə maaşlar daha yüksək ola bilər.

Son yazılar