Kompüter bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün həftənin çərşənbə günləri ICDL beynəlxalq imtahanları keçirilir.

Beynəlxalq Kompüter İşlətmə Lisenziyası – “International Computer Driving Licence” (ICDL) Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində, ümumilikdə 100-dən artıq ölkədə (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilirlər.

ECDL Mərkəzi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) arasında DİM-in ECDL-in Azərbaycandakı Akkreditasiya olunmuş Test Mərkəzi (ATM) olmasına dair razılıq əldə edilmiş və Mərkəz AZ001 kodu ilə qeydiyyata alınmışdır. Beləliklə, DİM kompüter bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün ICDL beynəlxalq imtahanları təklif edir.

Mənbə: Dövlət İmtahan Mərkəzi

Şərh bildir