İxtisasın təsviri

    Dizayn nümayəndələri daim yeni fikirlər yaradan, yeni ideyalar irəli sürən və yaradıcı başlanğıcları ilə fərqlənən çox sayda ixtisasın ümumi adıdır. “Dizayn” sözü ingiliscə layihələndirmək və həmin layihəni kağız üzərində təsvir etmək mənasını verir. Əşyaların layihələndirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliyini nəzərə almaqla, onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir.Dizayn insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışır.Keçmişdə layihələr kağız üzərində təsvir edilirdisə, dövrümüzdə kompyuter vasitəsi ilə hazırlanır və həyata keçirilir. Dizayn müxtəlif sahələrdə tətbiq edilir. Reklamda dizayn təqvim, buklet, reklam lövhələri kimi poliqrafik məhsulların tərtibatına cavab verir. Dizayner şirkətin loqotipini, jurnalların maketini hazırlaya bilər.
İnteryer dizayn- ən populyar ixtisaslardan biri hesab olunur. İnteryer dizaynerinin funksiyalarına mənzilin tərtibat və dizaynını işləyib hazırlamaq aiddir.İnteryer dizaynerlik tamamilə bir bilik və bacarıq tələb tələb edir. İnsanlar ilə düzgün ünsiyyət qurmağın yaxşı olması ilə bərabər interyer dizaynerlik proqramları da düzgün istifadə olunmalıdır. Bu istiqamətdə təhsil alan tələbələr AutoCAD, ArchiCAD, 3DSMax, Solid Works kimi qrafiki proqramlar öyrənir.

     3DSMax- çox detallı və dəqiq bir proqramdır.Bu proqram vasitəsilə real görünüşə çox yaxın dizaynlar hazırlanır.İstifadəsi və öyrənilməsi digər proqramlara görə  daha çətin olsa da, ortaya çıxan nəticələrə görə bu çətinliyə dəyən bir interyer proqramıdır.
    AutoCad İnteryer Çertyoj və Dizayn Proqramı- xüsusilə plan hazırlamaq üçün yaradılmış bir proqramdır.Kvadrat hesablamalarında və işlərin planlamasında AutoCad proqramı istifadə olunur.3DS Max proqramına nisbətən bu çox asan proqramdır.
     Sketchup İnteryer Çertyoj və Dizayn Proqramı- Google tərəfindən hazırlanan bir dizayn proqramıdır. Google mühəndisləri xüsusilə 3 ölçülü dizaynları hazırlamaq üçün  Sketchup proqramını yaratmışlar.Proqramı öyrənmək is interyer dizayn proqramları ilə müqayisədə daha asan hesab edilə bilər.
     Cinema 4D Dizayn Proqramı-Konsept dizaynlarda,interyer dizaynlarında Cinema 4D proqramı istifadə olunur.Olduqca fərqli dizaynlarn hazırlandığı proqram film sənayesində də istifadə edilməkdədir.
   ArchiCAD- menarlar üçün hazırlanan 3 ölçülü dizayn proqramlarından biridir.İlk dəfə Apple kompüterləri üçün hazırlanan ArchiCAD daha sonra Microsoft platforması üçün də hazırlanmışdır. İçərisində bir çox modelləmə var.
    Solidworks Proqramı- xüsusilə obyekt dizaynlarında istifadə olunan Solidworks proqramı  memarlıq cisimlərini asanlıqla dizayn etməyə kömək edən bir vasitə hesab etmək olar. Amma kütləvi şəkildə istifadə olunmur.

İxtisasın tarixi

    Dizayn tarixi çox qədim olub, insan fəaliyyətinin ən qədim dövründən başlayaraq XX-XXI əsrlərə kimi olan dövrlərə təsadüf edir. Cəmiyyətin retrospektiv texniki inkişafı, elmi kəşfləri və ixtiraların tarixi aspektində dizayn-incəsənətin inkişafı diqqəti cəlb etmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • → Alınan sifarişlərə funksionallığına uyğun olaraq dizayn verməli;
  • → Reklam şirkətlərində reklamvə qrafik işlərlə məşğul olur;
  • → Dizaynı satış məntəqələrinə uyğun və daha çox insan cəlbetmək üçün  effektiv üsullardan istifadə etmək;
  • → Ofis şəraitində verilən dizayn işlərini etmək;
    (Memarlıq dizayn bölümündə işləyərsə, o zaman ölçüləndirmə işlərin bilməli)
  • → Obyektin daxili(interyer) və xarici(eksteryer) dizaynın memarlıq qaydalarına görə eskizin çəkilməsi;
  • → Çəkilən eskizlərin sonradan kompüter proqramları vasitəsi ilə proqramlarda işlənilməsi;
  • → Əgər landşaft dizayneri sahəsi üzrə iş görərsə, həmin ərazini öncədən görməli, sonradan həmin ərazinin eskizin çəkib dizaynını verməlidir;
  • → Mebellərin hazırlanması üçün sifarişin qəbulu;
  • → Ölçülərin götürülməsi;
  • → Sifariş edilən mebellərin dizaynının hazırlanması;
  • → Eskizlərin 2D və 3D formatda müştərilərə hazırlanması və render şəklində müştərilərə təqdimatı;
  • → Bədii eskizlər, bədii və sənaye layihələrinin inkişaf etdirilməsi;
  • → Orijinal modellərin müştəri tələbləri ilə uzlaşdırılmasının həyata keçirilməsi;
  • → Hazır məhsulun plan və təşkilat tələblərinə uyğunluğunun yoxlanılması;

Harada bu ixtisasa sahiblənmək olar? 

  • → Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • → Azərbaycan Dövlət İqtisad Universiteti
  • → Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • → Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • → Bakı Mühəndislik Universiteti
  • → Qərbi Kaspi Universiteti
  • → Odlar Yurdu Universiteti
  • → Azərbaycan Texnologiya Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar? 

  • Universiteti dizayn ixtisası üzə bitirən məzunlar:
  • → web-dizayner,
  • → interyer dizayneri,
  • → memar – dizayner,
  • → qrafik dizayneri,
  • → landşaft dizayneri,
  • → bərpaçı vəzifəsində .
  • → Poliqrafik dizayn,
  • → Animasiya dizaynı

  Qeyd: Ölkəmizdə bu sahələrdən əsas olaraq interyer dizayn, veb dizayn və qrafik dizayn sahələri geniş yayılmışdır. İnteryer dizayner sahəsi inşaat ilə bağlı bir sahədir. Veb dizayn sahəsi müxtəlif saytların yaradılması, dizaynı ilə bağlıdır.Qrafik dizayn isə əsasən reklam işlərinin yaradılması ilə bağlıdır.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

  • → Təxəyyül və yaradıcılıq qabiliyyəti;
  • → Bədii və estetik zövq;
  • → Yeniliklərə açıq, müasir düşüncəli olmaq;
  • → Rəng duyumu;
  • → Rəssamliq qabiliyyəti;
  • → Kompüter proqram bilikərii (sahəsinə görə fərqli proqramlar);
  • → Ən azı bir xarici dil bilməlidir;
  • → Stressə davamlılıq;
  • → Ünsiyyət bacarıqları;
  • → Məsulliyətli olmaq;
  • → Səbrli olmaq;
  • → Məkan təsəvvürünə malik olmaq;
  • → Qabaqcıl perspektiv düşüncə bacarığı;
  • → Kollektivlə və komandada işləməyi bacarmalıdır;
  • → Nəticələrinin təqdimatını etmək bacarığı;
  • → Qrafik dizayn proqram bilikləri – 3DSMax, Photoshop, Coral Draw, Adobe Photoshop, Adobе Illustrator və s.
  • → İnteryer dizayn proqram bilikləri -AutoCad, 3DSMAX, sketchup, Cinema4D, ARchiCAd, Blendr, SolidWorks və.s.

İxtisasın gələcəyi

  Dizayn sahəsi geniş olan bir peşədir gələcəyi isə çox parlaqdır. Bunun səbəbi zaman irəlilədikcə yeni dizayn sahələrinin yaranmasıyla bağlıdır. İnsan həyatı boyu gözəlliyə, ətrafındakı ahəngə ,rahatlığa önəm vermiş və verəcəkdir. Dövr irəlilədikcə dizayn sahəsinə olan maraq genişlənəcək və əhəmiyyətini qoruyacaqdır. Dizaynsız gələcək düşünməyə çalışsaq,  təsəvvürümüzə cansıxıcı eynilik gələcəkdir.  Bu baxımdan dizayn sahəsini  perspektivli gələcəyə malik ixtisaslardan biri hesab edilə bilər.

Əmək haqqı

  • → Qrafiki dizayn sahəsində :300- 1000 AZN
  • → 3d animasiya üzrə: 300-1500 AZN
  • → İnteryer üzrə: 400- 1300 A