İxtisasın təsviri 

    Bu ixtisas tələbələrə idarəetmə nəzəriyyəsi sahəsində geniş iqtisadi bilikləri, eləcə də müəssisənin fəaliyyətini effektiv planlaşdırmağı, kollektivi idarə etməyə imkan verən peşəkar və inzibati bacarıqlar öyrədir. Dövlət və bələdiyyə idarə olunması ixtisası  universitetlərin iqtisadiyyat və idarəetmə fakültələrinin tərkibində olan ixtisasdır. Bu ixtisas tələbələrin ümumi idarəetmə biliklərinə yiyələnməsini təmin edir və özəl təşkilatların və dövlət orqanlarının ən səmərəli idarə edilməsini öyrədir. Səmərəli idarəetmə forması dedikdə, hər bir təşkilatın qarşısına qoyduğu müəyyən məqsədlərə minimum resurs istifadəsi ilə  çatması nəzərdə tutulur.

    Bu ixtisasın məzunları  normativ – hüquqi aktların layihələrinin işlənib hazırlanması, büdcə planlaşdırılması, dövlət orqanları və KİV – lər arasında əlaqə qurulması, dövlət və bələdiyyə orqanlarında işlərin təşkilini və idarəetmənin sosial-iqtisadi inkişafın tələblərinə uyğun təkmilləşdirilməsi kimi sahələr üzrə ixtisaslaşırlar.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  • Hazırlanmış dövlət- bələdiyyə layihələrinin həyata keçirilməsi üçün tapşırıqları, layihələrin iqtisadi aspektlərini, müvafiq normativ və metodiki sənədləri sərbəst hazırlamaq və ya onların hazırlanmasına rəhbərlik etmək;
  • Dövlət və bələdiyyə layihə və proqramlarının yerinə yetirilməsi üçün konkret standartlar hazırlamaq;
  • Dövlət və bələdiyyə layihələrinin iqtisadi səmərəliliyini müəyyənləşdirmək;
  • Dövlət və bələdiyyə idarəetməsi problemlərinin həllində qabaqcıl təcrübəni tətbiq etmək;
  • Dövlət və yerli özünüidarəetmə orqanlarını, dəyişən xarici mühitin əlverişli imkanlarına və gözlənilməyən dəyişikliklərə adaptasiya etmək;
  • Müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmək;
  • Dövlət və bələdiyyə idarəçiliyinin strateji aspektlərinin tədqiq olunması.

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət İqtisad Universiteti;
  • Azərbaycan Kooperasiya Universiteti;
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyası;
  • Azərbaycan Texnologiya Universiteti;
  • Bakı Biznes Universiteti;
  • Bakı Mühədislik Universiteti;
  • Gəncə Dövlət Universiteti;
  • Qərbi Kaspi Universiteti;
  • Mingəçevir Dövlət Universiteti;
  • “Odlar Yurdu” Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Dövlət və bələdiyyə orqanlarında;
  • İcra hakimiyyətində;
  • Yerli özünüidarəetmə orqanlarında;
  • Sosial-müdafiə orqanlarında;
  • Qeyri-kommersiya təşkilatlarında;
  • Beynəlxalq təşkilatlarda;
  • Qeyri – hökümət təşkilatlarında;
  • Vətəndaş cəmiyyəti institutlarında.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Kollektivdə  işləmək;
  • Fəal sosial mobillik;
  • Beynəlxalq arenada işləmək;
  • Hüquqi biliklər və etik normalara malik olmaq;
  • Yeni ideyalar irəli sürmək;
  • Müstəqil işləmək;
  • Elmi-tədqiqat və elmi-istehsalat işlərinin təşkilində, elmi kollektivin idarə olunmasında bacarıq və vərdişlərə malik olmaq;
  • Təşəbbüskarlıq və liderlik;
  • Təşkilatçılıq və planlaşdırmaq qabiliyyətinə  malik olmaq.

İxtisasın gələcəyi 

  Bu sahə üzrə iş yerləri çoxşaxəli olmasa da,   sahə  üzrə kadrlara həmişə ehtiyac vardır. Lakin qeyd olunan səbəbdən əmək bazarında bu ixtisasa tələbin  limtli olduğunu da nəzərə almaq lazımdır, ixtisas sahibləri rəqabətə dayanıqlılıq üçün  daima inkişaf etməyə çalışmalıdırlar.

Əmək haqqı

  Sahə üzrə məvaciblər  ümumilikdə 400 – 500 AZN – dən başlayır və ixtisas sahibinin vəzifəsi, bilik və bacarıqlarına görə dəyişir.

Son yazılar